...

Dövlət orqanlarında 155 vəzifə üzrə daxili müsahibə elan olunub

Cəmiyyət Materials 6 Mart 2018 18:11 (UTC +04:00)
5 dövlət orqanında ümumilikdə 155 vakant vəzifə üzrə daxili müsahibə elanları verilib.
Dövlət orqanlarında 155 vəzifə üzrə daxili müsahibə elan olunub

Bakı. İlhamə İsabalayeva - Trend:

5 dövlət orqanında ümumilikdə 155 vakant vəzifə üzrə daxili müsahibə elanları verilib.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (130 vakant vəzifə), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (12 vakant vəzifə), Kənd Təsərrüfatı Nazirliyi (2 vakant vəzifə), Müəllif Hüquqları Agentliyi (10 vakant vəzifə), Mədəniyyət və Turizm Nazirliyində (1 vakant vəzifə) ümumilikdə 155 vakant vəzifə üzrə daxili müsahibə elanları verilib.

Vakant vəzifələr üzrə sənəd qəbulu 19 mart 2018-ci il tarixədək davam edəcək.

Qeyd edək ki, Maliyyə Nazirliyi (10 vakant vəzifə) və Tarif Şurasının Katibliyində (1 vakant vəzifə) olan vakant vəzifələr üzrə elan edilmiş daxili müsahibələrə sənəd qəbulu yekunlaşıb və müraciət etmiş dövlət qulluqçuları ilə müsahibələr yaxın günlərdə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti