...

Dövlət qulluğuna qəbul üçün vakant vəzifələrə qeydiyyat başa çatır

Cəmiyyət Materials 9 Mart 2018 12:10 (UTC +04:00)
8 fevral 2018-ci il tarixdə elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanlarında olan vakant vəzifələrə qeydiyyat başa çatır.
Dövlət qulluğuna qəbul üçün vakant vəzifələrə qeydiyyat başa çatır

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə (B növü) dövlət qulluğuna qəbul üçün elan olunmuş müsabiqədə vakant vəzifələrə qeydiyyat 9 mart saat 18:00-dək davam edəcək.

Trend-in məlumatına görə, müsahibə elanı və müsabiqə vəziyyəti ilə ətraflı buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər.

Elan olunmuş müsahibələrdə iştirak üçün müraciət qeydə alınmayan, eləcə də digər vakant vəzifələrin tutulması üçün yenidən müsahibə elanları veriləcək.

Müsahibə elanlarında hər bir vəzifə üzrə ətraflı məlumat, müsahibədə iştirak etmək hüququ verən sertifikat, müsahibə proqramı və digər zəruri məlumatlarla tanış olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti