...

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ağacəkmə aksiyası keçiriblər (FOTO)

Cəmiyyət Materials 17 Mart 2018 20:19 (UTC +04:00)
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ağacəkmə aksiyası keçiriblər
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ağacəkmə aksiyası keçiriblər (FOTO)

Bakı. Trend:

Zəngin və mənalı ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin yaratdığı və miras buraxdığı nəcib və ibrətamiz ənənələri şərəflə davam etdirən DTX-nin əməkdaşları martın 17-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi və Novruz bayramı ərəfəsində Bakı şəhərinin Bilgəh qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçiriblər.

Trend-in DTX-nin saytına istinadən verdiyi məlumata görə, bir hektar yarım ərazidə şəhər şəraitində əkilib-becərilməsi həm dekorativlik, həm də ekoloji baxımdan məqbul hesab edilən şam, tuya, göyrüş və digər müxtəlif növ, ümumilikdə 400-ə qədər ağac əkilib.

Doğma yurdumuzun füsunkar təbiətinin və təmiz ekoloji mühitinin qorunması və sağlamlaşdırılması işinə töhfə verilməsi istiqamətində DTX-nin əməkdaşları tərəfindən ağcəkmə aksiyaları bundan sonra da davamlı şəkildə həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti