...

Türkiyəli professor: Ermənilərin tarixən apardıqları soyqırımı siyasəti bu gün də davam etməkdədir

Cəmiyyət Materials 29 Mart 2018 11:16 (UTC +04:00)
Ermənilərin işğalçılıq və soyqırımı siyasəti üzündən Qafqazda heç cür sülh əldə etmək mümkün olmayıb.
Türkiyəli professor: Ermənilərin tarixən apardıqları soyqırımı siyasəti bu gün də davam etməkdədir

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənilərin işğalçılıq və soyqırım siyasəti üzündən Qafqazda heç cür sülh əldə etmək mümkün olmayıb.

Trend-in məlumatına görə, bunu Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin direktoru Kemal Çiçek deyib.

O qeyd edib ki, ermənilər sadəcə ermənilərdən ibarət dövlət qurmaq üçün dövlət səviyyəsində etnik təmizləmə aparıb: “Regionda bütün ölkələrdə çoxmillətlilik mövcuddur. Azərbaycanda erməni, rus, iranlı və başqa millətlərdən olan insanlar yaşayır. Ermənistanda isə ermənilərdən başqa heç kim yaşamır. Sadəcə ermənilərdən ibarət bir dövlət yaradılıb”.

Professor qeyd edib ki, ermənilər Dağlıq Qarabağı işğal etdikdən sonra orada bir azərbaycanlı, müsəlman qoymadı: “Bu onu göstərir ki, ermənilərin tarixən apardıqları soyqırımı siyasəti bu gün də davam etməkdədir. Xocalıda yaşananlar da ermənilərin soyqırımı siyasətinin davamıdır. Orada insanlar azərbaycanlı olduqları üçün qətl ediliblər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti