...

Digital Trends: Heydər Əliyev Mərkəzi dünyanın ən füsunkar binalarından biridir (FOTO)

Cəmiyyət Materials 31 Mart 2018 15:51 (UTC +04:00)
Bakıda yerləşən Heydər Əliyev Mərkəzi “Digital Trends” nəşrinin versiyasına görə dünyanın ən füsunkar binaları sırasında yer alıb.
Digital Trends: Heydər Əliyev Mərkəzi dünyanın ən füsunkar binalarından biridir (FOTO)

Bakı. Azad Həsənli - Trend:

Bakıda yerləşən Heydər Əliyev Mərkəzi “Digital Trends” nəşrinin versiyasına görə dünyanın ən füsunkar binaları sırasında yer alıb.

Trend-in məlumatına görə, bu barədə yazılan məqalədə Azərbaycanın 1991-ci ildə müstəqillik əldə etdikdən sonra şəhər memarlığının inkişafına vəsait ayırmağa başladığı vurğulanıb:

“Bu gün möhtəşəm Heydər Əliyev Mərkəzi şəhər planlaşdırması üzrə bu uzunmüddətli təşəbbüsün nümunəsidir”.

Bundan başqa, siyahıya 17 bina, o cümlədən İtaliyadakı “Bosco Verticale” (Şaquli meşə), Çinin CCTV telekanalının baş ofisi, İspaniyada “Auditorio-de-Tenerife” opera binası daxil olub.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin layihəsi 2007-ci ildə memar Zaha Hadid tərəfindən hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti