...

Uşaqların erkən inkişaf mərkəzi Smart Owl: Gələcəyin mütəxəssislərinin yetişdirilməsi (FOTO/VİDEO)

Cəmiyyət Materials 3 Aprel 2018 10:32 (UTC +04:00)
Bu gün dinamik şəkildə inkişaf edən texnologiyalar həyatımızın bütün həyati vacib sferalarına sirayət etməkdədir: binaları idarə edən inteqrasiya edilmiş intellektual sistemlər, interaktiv incəsənət sərgiləri, virtual bot-həmsöhbətlər və daha nələr.
Uşaqların erkən inkişaf mərkəzi Smart Owl: Gələcəyin mütəxəssislərinin yetişdirilməsi (FOTO/VİDEO)

Bakı. Trend:

Bu gün dinamik şəkildə inkişaf edən texnologiyalar həyatımızın bütün həyati vacib sferalarına sirayət etməkdədir: binaları idarə edən inteqrasiya edilmiş intellektual sistemlər, interaktiv incəsənət sərgiləri, virtual bot-həmsöhbətlər və daha nələr. Təsadüfi deyil ki, proqramlaşdırma və robot mühəndisliyinə aşağı sinif yaşlarından başlamaq lazımdır. Üstəgəl, əlavə texniki təhsilin sürəkli inteqrasiyası gələcəkdə çox sayda texniki mütəxəssislərin yetişdirilməsinə təkan verə bilər.

Bu planda Bakıda təzəliklə açılmış uşaqların erkən inkişaf mərkəzi Smart Owl-un yanaşması maraqlıdır. Bu mərkəzin pedaqoji heyəti uşaqlarda elmə, texnologiyalara, mühəndisliyə, incəsənətə həvəs yaradır və bu həvəsi inkişaf etdirən yeni-yeni layihələr həyata keçirirlər. Onların facebook səhifəsini (https://www.facebook.com/detskiysentrrazvitiya/) gözdən keçirmək kifayətdir ki, burda nə qədər fərqli, faydalı və çox maraqlı ideyaların gerçəkləşdirilməsinə əmin olasınız.

Smart Owl inkişaf mərkəzi uşaqların yüksək keyfiyyətli texniki inkişafı üçün maraqlı, əyləncəli, həvəsləndirici bir təhsil mühiti yaradır. Bu isə öz növbəsində, texniki qanun və anlayışların asanlıqla mənimsənilməsinə imkan verir. Robot texnologiyaları dərslərimizin bütün məşğələləri elə düşünülüb ki, istənilən uşağın marağını cəlb etsin.

SMART OWL-da məşğələlər uşaqlarda tənqidi, yaradıcı düşüncəni formalaşdırıb inkişaf etdirir, tapşırıqların yerinə yetirilməsi, komandada işləyə bilmək, diskussiyalar apara bilmək, mübahisəli hallarda ortaq məxrəcə gələ bilmək kimi kimi bacarıqları yaradır, informatika, riyaziyyat, fizika, kimya, mühəndislik kimi sahələrdə dünyagörüşlərini genişləndirməyə kömək edir.

Robot texnologiyası modellərinin layihələndirmə, konstruksiyalaşdırma, proqramlaşdırmasını özündə cəmləşdirən fənlərarası layihə fəaliyyətinin köməyilə uşaqlarımız gerçək həyatla abstrakt elmi nəzəriyyə və faktları necə uzlaşdırmağı, unikal həll yolları axtararaq, yeni heytətamiz kəşflər edərək problemləri müəyyən etməyi, birgə işləməyi öyrənirlər.

SMART OWL-da robot mühəndisliyi qrupunun növbəti layihəsi aerodinamika və aviasiyaya həsr edilmişdi. Dərslərin birində uşaqlar təyyarələrin quruluşunu, uçuşun ümumi prinsiplərini, aerodinamik qüvvə nədir, uçuş aparatlarının yaradılması tarixini öyrəndilər. Uşaqlar, LEGO təhsil konstruktorlarından idman, sərnişin və nəqliyyat təyyarələrinin müxtəlif modellərini yaratdılar, mini helokopterlər yaradıb onları uçurdaraq müşahidələr apardılar.

Daha böyük uşaqlardan ibarət qrupda isə uşaqlar, uçuş aparatlarını real təyyarə və helikopterlərin konstruktorlarlarla daha mükəmməl və dəqiq kopyalarını yaradaraq öyrəndilər.

Layihənin ən heyrətamiz və maraqlı mərhələsi isə Silk Way Technics-in texniki xidmət anqarına etdikləri səfər oldu.

Bu tematik ekskursiya Smart Owl-un müraciətinə "Azerbaijan Airlines" rəhbərliyinin müsbət cavabı sayəsində gerçəkləşdi. Uşaqlara təyyarələrin təmir və texniki xidmətinin necə həyata keçirildiyini göstərmək niyyətimizə məmnuniyyətlə icazə verildi.

Ölkənin ən iri hava limanına səyahət SMART OWL-un gənc robot mühəndislərini heyrətləndirdi. İnsan zəkasının ən böyük ixtirası olan bu uçuş aparatlarının əzəməti və gözəlliyi qarşısında heyranlıqlarını gizlədə bilməyən uşaqlar, çox güman ki, hava limanının adi baxışlardan uzaqda qalan bu heyrətamiz səhnələrini, yaşadıqları müsbət emosiyaları bütün həyatları boyu xatırlayacaqlar.

Uşaqlar təyyarələr haqda çox maraqlı bilgilər əldə etdilər, ən məsuliyyətli və romantik peşə sahibləri ilə ünsiyyətdə oldular, reaktiv mühərriklərin nə demək olduğunu, onların quruluşunu, bu aerobusların qanadlarının nə qədər gözəl olduğunu, əsl şassilərin necə göründüyünü və necə fəaliyyət göstərdiyini öyrəndilər, təyyarənin göyərtəsinə qalxdılar.

Bu maraqlı ekskursiya zamanı qrupun müəllimi və bələdçilər gerçək nümunələr əsasında hava aparatlarına aid müxtəlif sistem və şəbəkələrinin təyinatı haqda danışdılar.

Çox güman ki, öz taleyini artıq aviasiya ilə bağlamaq qərarına gələn uşaqlar da oldu. Əlbəttə onlardan kimsə pilot, kimsə mühəndis ola bilər. Amma bir şey dəqiqdir ki, hansı sahəyə istiqamət almalarından asılı olmayaraq, iştirakçısı olduqları bu heyrətamiz ekskursiya səhnələrini heç vaxt unutmayacaqlar. Heç şübhəsiz ki, səfər, onların həyat yolunda silinməz izlər buraxacaq. SMART OWL İnkişaf Mərkəzində uşaqlara aşılanan elm, texnika, ixtiraçılıq sevgisi onların gələcək həyatlarındakı bütün başlanğıcların əsas şərtinə çevriləcək. Əminik ki, bu, onlara istənilən sahədə mükəmməl bir mütəxəssis olmağa, gələcək Azərbaycanın layiqli vətəndaşı olmalarına kömək edəcək!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti