...

Dünya Turizm Təşkilatının baş katibi BDU-da olub (FOTO)

Cəmiyyət Materials 6 Aprel 2018 18:40 (UTC +04:00)
Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşviliyə Bakı Dövlət Universitetində olub
Dünya Turizm Təşkilatının baş katibi BDU-da olub (FOTO)

Bakı. Trend:

Bu gün Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili Bakı Dövlət Universitetində (BDU) olub.

BDU Trend-ə verilən məlumata görə, universitetin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə keçirilən görüşü açan rektor, akademik Abel Məhərrəmov Dünya Turizm Təşkilatının fəaliyyəti barədə məlumat verib, qurumun gördüyü işlərdən bəhs edib.Z.Pololikaşvilinin Prezident İlham Əliyevlə görüşünü xatırladan rektor ölkəmizin Dünya Turizm Təşkilatı ilə uğurlu əməkdaşlığını diqqətə çatdırıb və BDU, tədris olunan ixtisaslar, o cümlədən turizm ixtisası haqqında danışıb.

Z.Pololikaşvili, öz növbəsində, ölkəmizdə turizmin inkişafından, genişmiqyaslı işlərin həyata keçirilməsindən bəhs edib. BDU-da olmaqdan məmnunluğunu ifadə edən baş katib yaxın gələcəkdə rəhbərlik etdiyi təşkilatla universitet arasında əlaqlərin qurulması təklifi ilə çıxış edib.

Tələbələrin baş katibə ünvanladığı suallardan sonra universitetin studiyasında hazırlanmış “Sütunlar” filmi nümayiş olunub.

Tədbir baş katibə “BDU-nun Fəxri qonağı” plaketinin təqdim olunması ilə başa çatıb.

Qeyd edək ki, baş qərargahı Madriddə yerləşən Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə görüşdə Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti