...

AZAL-ın təyyarəsi məcburi eniş etdi

Cəmiyyət Materials 21 Aprel 2018 20:56 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Gəncə-Moskva reysini həyata keçirən sərnişin təyyarəsi Sankt-Peterburqun "Pulkovo" hava limanında məcburi eniş edib
AZAL-ın təyyarəsi məcburi eniş etdi

Bakı. Trend:

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Gəncə-Moskva reysini həyata keçirən sərnişin təyyarəsi Sankt-Peterburqun "Pulkovo" hava limanında məcburi eniş edib.

Trend-in məlumatına görə, bu barədə AZAL-ın "Facebook" səhifəsində yayılan məlumatda deyilir.

Məlumatda bildirilir: "Moskvanın "Vnukovo" hava limanında (VKO) əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları"nın J2-830 reysi "Pulkovo" hava limanına (LED) uğurlu eniş edib. Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Sankt-Peterburqdan Moskvaya yola düşəcək".

Xəbər lenti

Xəbər lenti