...

Minskdə ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2018 15:18 (UTC +04:00)
“Heydər Əliyev və Azərbaycan-Belarus münasibətləri” mövzusunda bölmə iclası keçirilib.
Minskdə ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.

Universitetdən Trend-ə verilən məlumata görə, konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.

Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işini davam etdirir. Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC – Şərqdə ilk demokratik respublikadır” mövzusunda, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda, Türkiyənin Atatürk Universitetində “Heydər Əliyev və türk dünyası” və Ərciyəs Universitetində “Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf” mövzusunda, A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunda Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan-mədəniyyətlərarası dialoq təcrübəsi” mövzusunda, İtaliyanın Cənubi Latsio Universitetində “Multikulturalizm, sosial təhlükəsizlik, immiqrasiya, azadlıq” mövzusunda, Moskva Dövlət Linqvistik Universitetində “Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi” mövzusunda, Moskva Pedaqoji Universitetinin (MPU) Samara filialında “Şərq-Qərb: XXI əsrdə mədəniyyətlərarası dialoq” mövzusunda, Tbilisi Dövlət Universitetində “Azərbaycan-Gürcüstan münasibətlərinin təşəkkülündə Heydər Əliyevin rolu” mövzusunda, Huçjou Universitetində “Bir qurşaq – bir yol: multikulturalizmin öyrədilməsi” mövzusunda, Belqrad Universitetində “Multikultralizmin Azərbaycan təcrübəsi” mövzusunda bölmə iclasları keçirilib.

Aprelin 25-də Minsk Dövlət Linqvistika Universitetində ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın “Heydər Əliyev və Azərbaycan-Belarus münasibətləri” mövzusunda bölmə iclası keçirilib.

Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdullanın təbrik və təşəkkür məktubu oxunub.

Açılış nitqi ilə çıxış edən Minsk Dövlət Linqvistika Universitetinin rektoru, professor Natalya Baranova ümummilli lider Heydər Əliyevə həsr olunmuş beynəlxalq elmi konfransın keçirilməsinə görə K.Abdullaya təşəkkürünü bildirib və mötəbər tədbirin bir panelinin MDLU-da keçirilməyindən məmnunluğunu bildirib. Rektor bildirib ki, Azərbaycan-Belarus əlaqələrinin inkişafında Heydər Əliyevin mühüm xidmətləri olub və bu əlaqələr hazırda yüksələn xətlə inkişaf edir. Qeyd edib ki, Minsk Dövlət Linqivistik Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı da planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti