...

İnam Kərimov: Qarabağ atları Cıdır düzündə yenə də çapacaq (FOTO)

Cəmiyyət Materials 8 May 2018 11:33 (UTC +04:00)
Regionlara səfər çərçivəsində nazir İnam Kərimov Ağcabədi rayonunun Xamtorpaq ərazisində yerləşən Ağdam atçılıq təsərrüfatında inşa edilən müasir atçılıq kompleksi ilə tanış olub.
İnam Kərimov: Qarabağ atları Cıdır düzündə yenə də çapacaq (FOTO)

Bakı. Trend:

Regionlara səfər çərçivəsində nazir İnam Kərimov Ağcabədi rayonunun Xamtorpaq ərazisində yerləşən Ağdam atçılıq təsərrüfatında inşa edilən müasir atçılıq kompleksi ilə tanış olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, İnam Kərimov təsərrüfatda bəslənilən atların saxlanma şəraiti ilə maraqlanıb.

Nazir deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bayrağı tezliklə Şuşada dalğalanacaq və Qarabağ atları Cıdır düzündə yenə də çapacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti