...

Misirdə ulu öndər Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 10 May 2018 16:43 (UTC +04:00)
Misir-Azərbaycan Dostluq Parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib.
Misirdə ulu öndər Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın Misirdəki səfirliyi, “Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin və Misirin Qalyubiyyə vilayət rəhbərliyinin birgə təşkilatçılığı ilə burada yerləşən Misir-Azərbaycan Dostluq Parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə beş milyon əhalisi olan Qalyubiyyə vilayətinin qubernatoru Mahmud Əl Aşmavi, Misirdəki səfirimiz Tural Rzayev, Vilayət məclisinin üzvləri, səfirliyimizin əməkdaşları, diaspor rəhbərləri və üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları Misir-Azərbaycan Dostluq Parkında yerləşən istedadlı uşaqlar üçün tədris mərkəzində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotostendlərlə tanış olublar. Sonra tədbir iştirakçıları Misir-Azərbaycan Dostluq Parkında yerləşən Heydər Əliyevin heykəlinin önünə gələrək ulu öndərin əziz xatirəsini yad ediblər.

Tədbirdə səfir T.Rzayev, Qallubiyyə qubernatoru Mahmud Əl-Əşmavi, Misirdəki Azərbaycan diasporunun rəhbəri, tədqiqatçı-alim S.Nəsirov çıxış edərək ulu öndərin keçdiyi ömür yolunu xatırlayıbılar. Qeyd olunub ki, məhz onun uzaqgörənliyi, iradəsi və əvəzsiz siyasi strategiyası nəticəsində Azərbaycan bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir.

Sonda tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Misirdəki heykəli önünə çiçəklər düzərək xatirə şəkli çəkdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti