...

Sağlamlıq imkanları məhdud gənclər Türkiyədə festivalda iştirak edib (FOTO)

Cəmiyyət Materials 14 May 2018 11:12 (UTC +04:00)
Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzindən bir qrup gənc Türkiyənin Antalya şəhərində keçirilən festivalda iştirak edib.
Sağlamlıq imkanları məhdud gənclər Türkiyədə festivalda iştirak edib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzindən 6 nəfər gənc (Mərkəzin iki nəfər müəlliminin müşaiyəti ilə) “Əlilliyi olan şəxslər Həftəsi” çərçivəsində Türkiyənin Antalya şəhərində keçirilən musiqili teatr festivalında çıxış ediblər.

Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin gənclərin festivalda iştirakına şərait yaradılması “Azərbaycandan və Türkiyədən olan sağlamlıq imkanları məhdud gənclərin mübadilə Proqramı”na əsasən “Xoşbəxtlik emalatxanası” (“Mutluluk atolyesi”) layihəsi çərçivəsində təmin edilib. Proqrama uyğun olaraq, onların 15 gün müddətində qardaş ölkədə sağlamlıq imkanları məhdud gənclərin reabilitasiyası üzrə mərkəzlərdə olmaları, müxtəlif peşə hazırlığı kurslarında iştirakı nəzərdə tutulub.

Səfər zamanı musiqili teatr festivalında da iştirak edən gənclərin təqdim etdikləri musiqi və teatr səhnəcikləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

1 saylı sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində indiyədək 1400 nəfərdən çox gənc peşə hazırlığı kurslarına qəbul olunub. Burada kurslarda müxtəlif peşələrə yiyələnən gənclər ayrı-ayrı incəsənət növləri üzrə dərnəklərə də cəlb edilir, müvafiq sahədə bacarıqlarının inkişaf etdirilməsi üçün işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti