Bakı. Trend:
Xəzəryanı ölkələrin ekspertlərinin işgüzar görüşü iyunun 18-19-u Astanada keçiriləcək.
Trend-in məlumatına görə, bunu Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi deyib.
Nazir bildirib ki, bu görüş avqust ayında Qazaxıstanda keçirilməsi planlaşdırılan Xəzəryanı ölkələrin sammiti üçün hazırlıq xarakteri daşıyacaq:
“Sammitin gündəliyinə Xəzərdə əməkdaşlıq məsələləri salınıb, nəqliyyat, ticarət-iqtisadi münasibətlər üzrə 5-6 sazişin imzalanması nəzərdə tutulur”.
O, əlavə edib ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın layihəsi Xəzəryanı ölkələrin prezidentlərinə təqdim olunacaq.