...

Azərbaycanda qısa vaxtda qadın sahibkarların sayı 30 faiz artıb

Cəmiyyət Materials 20 İyun 2018 12:50 (UTC +04:00)
Azərbaycanda qısa vaxtda qadın sahibkarların say göstəricisini 30 faizə qaldırmaq mümkün olub.
Azərbaycanda qısa vaxtda qadın sahibkarların sayı 30 faiz artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda qısa vaxtda qadın sahibkarların say göstəricisini 30 faizə qaldırmaq mümkün olub.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, cəmiyyətin yarıdan çoxunu qadınlar təşkil edir və onların hüquqlarının müdafiəsi çox vacibdir: "Qadın hüquqlarının qorunduğu cəmiyyət inkişaf edir. Bunu Azərbaycan cəmiyyətinin timsalında da görmək olar. Bu gün Azərbaycan qadını hər bir sahədə fəaldır. Bu gün elə bir sahə yoxdur ki, orada qadın fəallığı görməyək".

H.Hüseynova əlavə edib ki, komitə yarandıqdan sonra Azərbaycanda qadın hərəkatı gücləndi, qadınların hüquqlarının müdafiəsi, məişət zorakılığına, erkən nikaha dair bir çox sənədlər qəbul edildi: "Bu qanunlar bizim üçün böyük imkanlar yaratdı. Ancaq bizim üçün əsas olan budur ki, onlar üçün işlək mexanizm yaradaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti