...

Azərbaycan Universitetinin 24-cü buraxılış Məzun Günü keçirilib (FOTO)

Cəmiyyət Materials 2 İyul 2018 17:39 (UTC +04:00)
Azərbaycan Universitetinin 2017/2018-ci tədris ili məzunlarına həsr olunmuş XXIV buraxılış Məzun Günü “Excelsior Hotel&Spa Baku”da keçirilib.
Azərbaycan Universitetinin 24-cü buraxılış Məzun Günü keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Universitetinin 2017/2018-ci tədris ili məzunlarına həsr olunmuş XXIV buraxılış Məzun Günü “Excelsior Hotel&Spa Baku”da keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbirin rəsmi hissəsi Dövlət Himninin və Azərbaycan Universiteti himninin səsləndirilməsi ilə başlayıb. Universitetin rektoru Səadət Əliyeva, elmi işlər üzrə prorektor Yusif Qasımov, Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova çıxış edərək məzunları təbrik edib, onlara uğurlar arzulayıblar. Çıxışlarda qeyd olunub ki, ölkənin ali təhsil məkanında xüsusi çəkisi ilə fərqlənən Azərbaycan Universiteti 24-cü dəfədir ki, öz məzunlarını iş dünyasına yola salır. Vurğulanıb ki, universitet heyəti və müəllimlər məzunların onlara göstərilən etimadı iş həyatında öz fəaliyyətləri ilə doğruldacaqlarına, doğma vətənimizın adını daşıyan Azərbaycan Universitetinin adını daim uca tutacaqlarına və layiqincə təmsil edəcəklərinə, ölkəmizin qüdrətlənməsi naminə çalışacaqlarına, onun hərtərəfli inkişafına öz töhfələrini verəcəklərinə əmindirlər.

Rəsmi hissədə universiteti yüksək göstəricilərlə bitirənlərə Azərbaycan Universiteti rektorunun fəxri fərmanları təqdim olunub. Universitetdən 95.17 orta müvəffəqiyyət göstəricisi ilə birinciliklə məzun olan Vəfa Axundova məzunlar adından çıxış edib, öz şəklini “Azərbaycan Universitetinin fəxrləri” lövhəsinə yerləşdirib.

Rəsmi hissənin ardından açıq havada məzunların papaqatma mərasimi keçirilib. Tədbir Murad Arif konserti və DJ proqramı ilə davam edib.

Qeyd edək ki, Azərbaycan Universitetini bu il bakalavriat və magistratura pillələri üzrə ümumilikdə 215 məzun bitirir. Onlardan 11-nə Azərbaycan Universiteti rektorunun fəxri fərmanı təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti