Bakı. Samir Əli Trend:
Diasporla İş üzrə Dövlət Komitəsinin yeni loqosu, himni və saytı yaradılıb.
Trend-in məlumata görə, bu barədə komitə sədri Fuad Muradov deyib.
Komitə sədri bildirib ki, loqo ilə bağlı müsabiqə də elan edilib: "Loqo aidiyyəti qurumlarla razılaşdırılıb".
F.Muradovun sözlərinə görə, komitənin bununla yanaşı, yeni saytı da yaradılıb: "Sayt 3 dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir".
Sədr həmçinin qeyd edib ki, "Vətən uzaqda deyil" adlı mahnı da yazılıb.