...

Bakı Ali Neft Məktəbinin Azərbaycan təhsilində yeni rekordu

Cəmiyyət Materials 5 Sentyabr 2018 10:01 (UTC +04:00)

Bakı. Trend:

Əsas məqsədi ingilis dilində təhsil almış yüksək ixtisaslı mühəndis kadrlar hazırlamaq olan Bakı Ali Neft Məktəbi (BANM) Azərbaycan təhsili tarixində rekordu yeniləyib.

BANM-dan Trend-ə verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının hər iki mərhələsi üzrə ümumi 13 nəfər 700 bal toplayıb və onların hamısı BANM-ı seçib. 700 bal toplamış abituriyentin hər biri artıq Ali Məktəbdə qeydiyyatdan keçiblər. Onların BANM-dakı ixtisas seçimi aşağıdakı kimi olub:

1. Xəyal Fərzəliyev - İnformasiya təhlükəsizliyi

2. Elgün Zamanlı - İnformasiya təhlükəsizliyi

3. Əsra Bayramova - İnformasiya təhlükəsizliyi

4. Şəkər Qədirli - İnformasiya təhlükəsizliyi

5. Aslan Aşirov - İnformasiya təhlükəsizliyi

6. Tapdıq Məhərrəmli - İnformasiya təhlükəsizliyi

7. Vasif Əsədov - Proseslərin avtomatlaşdırılması mühəndisliyi

8. Kənan Məhəmmədli - Proseslərin avtomatlaşdırılması mühəndisliyi

9. Azər Zeynallı - Proseslərin avtomatlaşdırılması mühəndisliyi

10. Sona Mehdizadə - Proseslərin avtomatlaşdırılması mühəndisliyi

11. İlqar Məmmədov - Proseslərin avtomatlaşdırılması mühəndisliyi

12. Anar Abıyev - Proseslərin avtomatlaşdırılması mühəndisliyi

13. Rüstəm Qarayev - Proseslərin avtomatlaşdırılması mühəndisliyi

Qeyd edək ki, ötən il də I qrup üzrə 7 nəfər 700 ballı abituriyentin hamısı BANM-ı seçmişdi. Bu zamana qədər BANM-dan başqa Azərbaycanın heç bir universiteti bu göstəricini reallaşdıra bilməyib.

Bu il bütün ixtisas qrupları üzrə 700 bal toplamış abituriyentlərin seçdikləri ali məktəblərin statistikasını sizə təqdim edirik:

Ali Məktəbin adı

abituriyentin sayı (nəfər)

1

Bakı Ali Neft Məktəbi

13

2

Azərbaycan Tibb Universiteti

5

3

ADA Universiteti

5

4

Bakı Dövlət Universiteti

3

5

Dövlət İdarəçilik Akademiyası

2

6

Azərbaycan Dövlət İqtisad Universiteti

1

Məqalədə:
Xəbər lenti

Xəbər lenti