...

Yeni Azərbaycan Partiyası Yasamal rayonu ərazi ilk partiya təşkilatının iclası keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Sentyabr 2018 19:23 (UTC +04:00)
Nazirliyin 160 əməkdaşı YAP sıralarına qəbul olunmaq üçün müraciət edib
Yeni Azərbaycan Partiyası Yasamal rayonu ərazi ilk partiya təşkilatının iclası keçirilib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Yeni Azərbaycan Partiyası Yasamal rayonu, S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının növbəti iclası keçirilib.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası (YAP) cəmiyyətimizdə böyük nüfuza sahibdir və yarandığı gündən ölkə ictimai siyasi həyatında əhəmiyyətli dəyişikliklər edib, şərəfli bir yol qət edib. Nazir ictimaiyyətin bütün təbəqələrini öz ətrafında birləşdirən YAP-ın cəmiyyətdə aparıcı rolunun gündən-günə daha da möhkəmləndiyini qeyd edib.

S.Babayev vurğulayıb ki, ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik və siyasi təcrübəsinə əsaslanan YAP ölkəmizdə ən güclü siyasi təşkilatdır və ictimai nüfuzuna görə ona bərabər mövqedə duran digər bir partiya mövcud deyil. Nazir ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti, partiyanın sədri İlham Əliyevin fəaliyyəti dövründə partiyanın nüfuzunun daha da yüksəldiyini qeyd edib.

Nazir bildirib ki, YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların əksəriyyəti də gənclərdən ibarətdir. ƏƏSMN-nin gənc əməkdaşları buna əyani nümunədir. S.Babayev YAP sıralarına qəbul olunmaq üçün ərizə verən əməkdaşların ölkənin ictimai siyasi həyatında fəal rol oynayacağına əminliyini ifadə edib.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirib ki, S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının son dövrlərdəki fəaliyyətinin nəticəsində təşkilata üzv olmaq istəyənlərin sayı artıb.

S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının sədri, ƏƏSMN Aparatının rəhbəri Anar Əliyev bildirib ki, hazırda nazirliyin ümumilikdə 160 əməkdaşı YAP-a üzvlüklə bağlı ərizə verib. Onlardan 63 nəfəri Yasamal rayon təşkilatının S.Əsgərova 85 ərazi ilk partiya təşkilatına, digərləri isə aidiyyəti işlədiyi və ya qeydiyyatda olduqları ünvanlar üzrə ərazi partiya təşkilatlarına müraciət ediblər.

İclasda üzvlük üçün müraciət edən əməkdaşlar YAP sıralarına qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti