...

BDU-nun alimləri Çexiyada beynəlxalq konfransda iştirak ediblər

Cəmiyyət Materials 28 Sentyabr 2018 20:34 (UTC +04:00)
Praqa şəhərində “Yeni Avropa: yeni məktəb və yeni tərbiyə” mövzusunda konfrans keçirilib.
BDU-nun alimləri Çexiyada beynəlxalq konfransda iştirak ediblər

Bakı. Trend:

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə, Pedaqogika kafedrasının müdiri, professor Ləzifə Qasımova və həmin kafedranın dosenti Gülarə Kərimova 19-22 sentyabr tarixlərində Çexiyada beynəlxalq konfransda iştirak ediblər.

Universitetdən Trend-ə verilən məlumata görə, Praqa şəhərində “Yeni Avropa: yeni məktəb və yeni tərbiyə” mövzusunda keçirilən konfransın açılış mərasimi Senatın binasında, bölmə iclasları isə Çex pedaqoqu Yan Amos Komenski Muzeyində baş tutub.

Konfransda Çexiya ilə yanaşı İtaliya, Almaniya, Avstriya, Macarıstan, Slovakiya, Serbiya, Xorvatiya, Monteneqro, Sloveniya universitetlərindən pedaqoq-alimlər iştirak ediblər. Konfransın əsas məqsədi yeniləşən Avropada təhsil və tərbiyəyə yeni məzmunda yanaşmanın zəruriliyini əks etdirməkdən ibarət olub. BDU alimləri, həmçinin digər çıxış edənlər Avropa məkanında, o cümlədən, yaşadıqları ölkədə yeni insanın formalaşması baxımından təhsil sistemində zəruri olan islahatların nəzəri-metodoloji problemlərini təhlil ediblər. Konfransda 60-dan artıq məruzə dinlənilib, mövzular ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti