...

Badamdarda SON DURUM: Sürüşmə zonasının miqyası genişlənir

Cəmiyyət Materials 16 Oktyabr 2018 09:21 (UTC +04:00)
Bakının Səbail rayonunda, Badamdar şosesindəki sürüşmə zonasının miqyası genişlənir.
Badamdarda SON DURUM: Sürüşmə zonasının miqyası genişlənir

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakının Səbail rayonunda, Badamdar şosesindəki sürüşmə zonasının miqyası genişlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sürüşmə zonasında saat 09-00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə aktivlik gecə boyu davam edib.

Dünən dağılan hasarın qalan hissəsi gecə saatlarında uçub. İçəridəki tikilinin alt süxurlarında boşalmalar qeydə alınıb. Hasar ətrafı ərazilərdə sürüşmənin miqyası genişlənməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti