...

Zığ şosesində uçqun tipli sürüşmə prosesi baş verib

Cəmiyyət Materials 18 Oktyabr 2018 18:04 (UTC +04:00)
Piyada səkisində deformasiya və əyilmələr hiss edilir.
Zığ şosesində uçqun tipli sürüşmə prosesi baş verib

Bakı. İlhamə İsabalayeva - Trend:

Zığ şosesində uçqun tipli sürüşmə prosesi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən Trend-ə verilən məlumata görə, uçqun zamanı yol kənarına çəkilmiş istinad divarının 30 metr uzunluğunda olan hissəsi uçaraq cənub istiqamətində hərəkət edib.

Divarın digər hissəsində qabarmalar müşahidə olunur. Piyada səkisində deformasiya və əyilmələr hiss edilir. Proses davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti