...

Azərbaycanda təhsil almış laoslu tələbələr hazırda yüksək dövlət vəzifələrində çalışır (FOTO)

Cəmiyyət Materials 27 Oktyabr 2018 15:42 (UTC +04:00)
YAP İcra katibinin müavini Siyavuş Novruzov Laos Xalq İnqilabı Partiyasının nümayəndə heyəti ilə görüşüb
Azərbaycanda təhsil almış laoslu tələbələr hazırda yüksək dövlət vəzifələrində çalışır (FOTO)

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ölkəmizdə səfərdə olan Laos Xalq İnqilabı Partiyasının (LXİP) nümayəndə heyəti ilə partiyanın mənzil-qərargahında görüşüb.

Trend-in məlumatına görə, qonaqları salamlayan YAP İcra katibinin müavini bu səfərin partiyalar arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyini bildirib. S.Novruzov 2018-ci ilin may ayında partiyalar arasında əməkdaşlıq haqqında sazişin imzalandığını, qarşılıqlı səfərlərin baş tutduğunu xatırladaraq bütün bunların münasibətlərin inkişafına xidmət etdiyini diqqətə çatdırıb.

LXİP Xarici əlaqələr komitəsinin sədr müavini Somdi Bounkhoum Azərbaycanın uğurlu inkişaf təcrübəsinin onlarda maraq doğurduğunu vurğulayaraq, müxtəlif sferalarda partiyalararası əlaqələri daha da genişləndirmək niyyətində olduqlarını ifadə edib. O, vaxtilə Azərbaycanda təhsil almış laoslu tələbələrin hazırda yüksək dövlət vəzifələrində çalışdığını, özünün də Bakıda təhsil aldığını məmnuniyyətlə xatırlayaraq Azərbaycan-Laos əlaqələrinin dərin köklərinin olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti