...

84 nəfər ödənişli ictimai işlərə cəlb olunub

Cəmiyyət Materials 3 Noyabr 2018 15:43 (UTC +04:00)
Üç rayonda 84 nəfər ödənişli ictimai işlərə cəlb olunub.
84 nəfər ödənişli ictimai işlərə cəlb olunub

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Şamaxı, İsmayıllı və Hacıqabul rayonlarında 84 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda onlar öz rayonlarında ictimai faydalı xarakter daşıyan, əsasən abadlaşdırma, təmir yönümlü işlərdə çalışırlar. Ödənişli ictimai işlər iki ay müddətinə nəzərdə tutulub. Bu işlərə cəlb edilənlərin əmək haqları tam şəkildə Dövlət Məşğulluq Xidməti tərəfindən maliyyələşdiriləcək.

Digər bir sıra rayonlarda da belə aktiv məşğulluq tədbirlərinin davam etdirilməsi planlaşdırılıb.

Ümumilikdə cari ilin ötən dövründə Xidmət tərəfindən 241 nəfər ictimai işlərə cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti