...

MTRŞ-dən televiziyalara XƏBƏRDARLIQ: Qıcıq yaradan verilişlər...

Cəmiyyət Materials 19 Noyabr 2018 14:19 (UTC +04:00)
Milli Televiziya və Radio Şurası (MTRŞ) verilişlərin keyfiyyəti ilə bağlı televiziya kanallarına xəbərdarlıq edib.
MTRŞ-dən televiziyalara XƏBƏRDARLIQ: Qıcıq yaradan verilişlər...

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Televiziya və Radio Şurası (MTRŞ) verilişlərin keyfiyyəti ilə bağlı televiziya kanallarına xəbərdarlıq edib.

Bu barədə Trend-ə MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli bildirib ki, bu məsələ ilə bağlı televiziya kanallarının rəhbərləri ilə görüş keçirilib:

“Televiziya və radio kanallarında vəziyyətlə bağlı televiziya kanallarının rəhbərləri ilə ciddi görüşümüz oldu. Televiziya və radio kanallarındakı verilişlərin keyfiyyətinin çox aşağı olması ciddi şəkildə onların diqqətinə çatdırıldı. Onlara bu məsələ ilə bağlı tədbirlər görülməsi tövsiyə olundu. Bildirildi ki, ictimaiyyət bu verilişlərdən çox narazıdır, yəni qıcıq yaradan verilişlər, bəzi aparıcılar var ki, onlarla bağlı tədbirlər görülməsi tövsiyə olunur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti