...

Bilik Fondu təcrübəçi tələbələri AMEA-nın müxbir üzvü Musa Qasımlı ilə görüşdürüb (FOTO)

Cəmiyyət Materials 19 Dekabr 2018 18:17 (UTC +04:00)
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunda olublar.
Bilik Fondu təcrübəçi tələbələri AMEA-nın müxbir üzvü Musa Qasımlı ilə görüşdürüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda istehsalat təcrübəsi keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunda olublar.

Bilik Fondundan Trend-ə verilən məlumata görə, universitetin Beynəlxalq münasibətlər fakültəsinin tələbələrini Fondun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov və məsləhətçisi Aytən Xubanova müşayiət ediblər.

Təcrübəçilər Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor, Milli Məclisin üzvü Musa Qasımlı ilə görüşüblər.

Görüşdə rəhbərlik etdiyi institutun fəaliyyətindən söz açan M.Qasımlı bildirib ki, Qafqaz ölkələrində baş verən sosial-iqtisadi, siyasi və digər proseslərin Azərbaycana təsiri, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, hərbi təcavüzü, işğalçılıq siyasəti və nəticələri, dünyanın tanınmış siyasi və ictimai xadimlərinin regiona dair baxışları, nüfuzlu elmi-tədqiqat mərkəzləri ilə əlaqələrin qurulması, əməkdaşlığı, beynəlxalq konfranslarda təmsilçilik Akademiyanın Qafqazşünaslıq İnstitutunun əsas fəaliyyət istiqamətini təşkil edir.

Azərbaycanın dünyada yüksək nüfuza malik olduğunu, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevrildiyini vurğulayan alim görüş zamanı tələbələri maraqlandıran sualları ətraflı cavablandırıb.

Tələbə-alim dialoqu şəklində davam edən görüşdə gələcəyin diplomatlarının diqqətinə çatdırılıb ki, ölkə iqtisadiyyatının inkişafı ayrı-ayrı sahələrə öz müsbət təsirini göstərir, neft kapitalı insan kapitalının gücləndirilməsinə yönləndirilir, sosial obyektlərin tikintisinə və yeni iş yerlərinin yaradılmasına böyük diqqət ayrılır. Tələbələrə dövlətin bu uğurlarını təbliğ etmək tövsiyə olunub.

Görüşün sonunda AMEA-nın Qafqazşünaslıq İnstitutunun ümumi işlər üzrə direktor müavini Şahin Yəhyayev təcrübəçiləri institutun müvafiq şöbələri ilə tanış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti