...

DİN-nin Polis Akademiyası doktorantura və dissertanturaya qəbul elan edir

Cəmiyyət Materials 21 Dekabr 2018 19:54 (UTC +04:00)
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası doktorantura və dissertanturaya qəbul elan edir.
DİN-nin Polis Akademiyası doktorantura və dissertanturaya qəbul elan edir

Trend-i buradan izləyin

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2018-ci il tarixli, 774s nömrəli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

Bu barədə Trend-ə DİN-dən məlumat verilib.

İxtisasın

şifri

İxtisasın

adı

Fəlsəfə doktoru proqramı üzrə

doktorant hazırlığı üzrə qəbul planı

dissertant hazırlığı üzrə qəbul planı

cəmi

o cümlədən:

cəmi

o cümlədən:

büdcə hesabına

büdcə hesabına

qiyabi

5611.01

Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ

4

4

4

4

5612.01

Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası;

əməliyyat-axtarış fəaliyyəti

2

2

2

2

Cəmi:

6

6

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 2018-ci il dekabrın 12-dən 2019-cu ilin yanvarın 10-dək saat 17:00-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) qəbul ediləcək.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər Polis Akademiyasına təqdim olunmalıdır:

- DİN-in Polis Akademiyasının rəisinin adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- iş yerindən xasiyyətnamə;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsilli (ali təhsil magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedoqoji kadrları sənəd təqdim edə bilər.

Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməz.

Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməz.

Dissertant kimi təhkim olunmaq istəyən şəxslər bir qayda olaraq elmi və elmi-pedaqoji iş stajına malik olmalıdır.

Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbulla bağlı aşağıdakı sənədlər DİN-in Polis Akademiyasına (AZ-1044, Bakı şəhəri Şüvəlan qəsəbəsi Almaz İldırım küçəsi) təqdim olunmalıdır:

- ərizə (DİN-in Polis Akademiyasının rəisinin adına);

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Əlavə məlumat üçün DİN-in Polis Akademiyasının Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinə müraciət etmək olar.

Əlaqə telefonları: (+994 12) 454 34 57, 454 13 85

E-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti