...

Nazir: Gələn aydan əmək pensiyasının minimum həcmi 40 faizə yaxın artacaq (YENİLƏNİB)

Cəmiyyət Materials 14 Fevral 2019 15:02 (UTC +04:00)
Gələn aydan əmək pensiyasının minimum həcmi 40 faizə yaxın artacaq.
Nazir: Gələn aydan əmək pensiyasının minimum həcmi 40 faizə yaxın artacaq (YENİLƏNİB)

Bakı. Trend:

2019-cu ilin mart ayından Azərbaycanda əmək pensiyasının minimum həcmi 38,5 faiz artaraq 160 manat təşkil edəcək.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bundan əvvəl əmək pensiyasının minimum həcmi 116 manat olub.

S.Babayev qeyd edib ki, pensiyanın minimum həcminin artırılması 233 min pensiyaçını, o cümlədən əlilliyə görə pensiya alan 140 min nəfəri əhatə edəcək.

O əlavə edib ki, 9 min nəfərin pensiyası 75 manat, 26 min - 37 manat, 74 min nəfərin pensiyası isə 27 manat artacaq: "Pensiya artımının maliyyələşdirilməsi üçün Dövlət Sosial Müdafiə Fondundan 49 milyon manat ayrılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti