...

Uşaqlarına Təkər, Arenda, Cahardəst, Lada adlarını qoymaq istəyənlər olub - AZƏRBAYCANDA

Cəmiyyət Materials 18 Fevral 2019 16:34 (UTC +04:00)
Terminologiya Komissiyasına yenidoğulan uşaqlara bu il Təkər, Arenda, Mirasoel, Rozef, Cahardəst adlarının, eləcə də qız uşaqlarına oğlan adlarının qoyulması üçün müraciətlər edilib.
Uşaqlarına Təkər, Arenda, Cahardəst, Lada adlarını qoymaq istəyənlər olub - AZƏRBAYCANDA

Bakı. İlhamə İsabalayeva - Trend:

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına yenidoğulan uşaqlara bu il Təkər, Arenda, Mirasoel, Rozef, Cahardəst adlarının, eləcə də qız uşaqlarına oğlan adlarının qoyulması üçün müraciətlər edilib.

Bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Sədr müavininin sözlərinə görə, bununla yanaşı, uşaqlarına Jozefina, Rac (hind adı), Makvin (maşınlarla bağlı cizgi filmin qəhrəmanı olan maşının adı), Lada (maşın markası) adı, o cümlədən Əhsən adı əvəzinə Ahsən, Əzizə əvəzinə Aziza qoymaq istəyənlər olub.

S.Sadıqova qız uşaqlarına Ramin, Amir kimi oğlan adlarını qoymaq istəyən valideynlərin olduğunu və bununla bağlı müraciətlərin edildiyini də açıqlayıb.

Komissiyanın sədr müavininin sözlərinə görə, Aytac adlı qız adının dəyişdirilərək Rinda qoyulması üçün müraciət edib.

S.Sadıqova əlavə edib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri adların qoyulması və dəyişdirilməsi üçün edilən bütün bu müraciətlərə mənfi cavab verib. Bununla bağlı qarşı tərəflərin məhkəməyə daxil olan müraciətləri araşdırılmaq üçün Terminologiya Komissiyasına göndərilib. Bu müraciətlər Terminologiya Komissiyası tərəfindən də mənfi cavablandırılıb.

Sədr müavini qeyd edib ki, bu ilin əvvəlindən komissiyaya 50-ə yaxın müraciət edilib. Müraciətlər arasında adların düzgün yazılış formasının müəyyənləşdirilməsi ilə bağlı olanlara da rast gəlinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti