...

DİM gürcü dilini bilən mütəxəssislər axtarır

Cəmiyyət Materials 20 Fevral 2019 11:44 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi fənlər üzrə gürcü dilində yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin işə qəbulunu elan edir
DİM gürcü dilini bilən mütəxəssislər axtarır

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) fənlər üzrə gürcü dilində yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin işə qəbulunu elan edir.

DİM-dən Trend-ə verilən məlumata görə, maraqlanan şəxslər CV formasını 2019-cu il mart ayının 15-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Fənlər üzrə yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin funksiyaları:

  • gürcü dilində test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi;

  • gürcü dilində tərtib olunmuş test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizası;

  • test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının gürcü dilinə tərcüməsi.

İxtisas tələbləri və digər şərtlər:

  • Aşağıdakı ixtisaslardan biri üzrə ən azı bakalavr təhsilinə malik olmalıdır:

- Azərbaycan dili;

- gürcü dili;

- rus dili;

- riyaziyyat;

  • Yeni təhsil proqramları (kurikulumlar) üzrə məlumatlı olmalıdır;

  • Microsoft Office proqramlarında işləməyi bacarmalı, Azərbaycan dili, rus dili və riyaziyyat üzrə ixtisaslı mütəxəssislər gürcü dilini mükəmməl bilməlidirlər.

İşə götürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

Maraqlanan şəxslərdən CV formasını buradan yükləyib tam şəkildə dolduraraq 2019-cu il mart ayının 15-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti