...

“Məqsədlər üçün əl-ələ” layihəsinə start verilib

Cəmiyyət Materials 7 Mart 2019 02:39 (UTC +04:00)
“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Gənclər Fondunun maliyyə dəstəyi ilə “Məqsədlər üçün əl-ələ” layihəsinə start verilib.
“Məqsədlər üçün əl-ələ” layihəsinə start verilib

Bakı. Trend:

“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Gənclər Fondunun maliyyə dəstəyi ilə “Məqsədlər üçün əl-ələ” layihəsinə start verilib.

Trend-in məlumatına görə, layihənin məqsədi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyəti barəsində gənclərin məlumatlandırılması, həmçinin onları bu sahədə zəruri tədbirlər həyata keçirməyə istiqamətləndirməkdir.

5 regionu əhatə edəcək layihə çərçivəsində paytaxt və region gəncləri üçün müvafiq sahə üzrə xüsusi təlimçilər və gənc səfirlərlə görüşlər təşkil olunacaq.

Sonda layihə iştirakçılarından formalaşmış komandalar Dayanıqlı İnkişaf Məqsədləri üzrə təqdimat edəcək. Ən yaxşı təqdimat sahibi olan komanda mükafatlandırılacaq.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti