...

ÜST Azərbaycanda tibbi xidmətlərin əlçatanlığı ilə bağlı maneələri qiymətləndirir

Cəmiyyət Materials 13 Mart 2019 14:08 (UTC +04:00)
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri Azərbaycanda uşaq və yeniyetmələr üçün tibbi xidmətlərin əlçatanlığı ilə bağlı ortaya çıxan maneələri qiymətləndirir.
ÜST Azərbaycanda tibbi xidmətlərin əlçatanlığı ilə bağlı maneələri qiymətləndirir

Bakı. İlhamə İsabalayeva - Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri Azərbaycanda uşaq və yeniyetmələr üçün tibbi xidmətlərin əlçatanlığı ilə bağlı ortaya çıxan maneələri qiymətləndirir.

Bu barədə Trend-ə ÜST-nin Azərbaycan üzrə ofisindən məlumat verilib.

Ofisdən bildirilib ki, bu məqsədlə təşkilatın Avropa Ofisininin reproduktiv sağlamlıq üzrə mütəxəssislərdən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Səfərin məqsədi Ümumdünya Səhiyyə Xidmətlərinin Təminatı çərçivəsində cinsi, reproduktiv, ana, yenidoğulan, uşaq və yeniyetmə sağlamlığı (SRMNCAH) xidmətlərini qiymətləndirmək, bu xidmətlərin əlçatanlığını dəyərləndirmək və potensial maneələri aşkarlamaqdır.

Səfər çərçivəsində heyət artıq UNICEF, BMT-nin Əhali Fondu, ÜST-nin Azərbaycandakı nümayəndəliyi, Respublika Perinatal Mərkəzi, Səhiyyə Nazirliyi, Tibb Universitetində görüşlər keçirib və 5 saylı uşaq poliklinikasındakı şəraitlə yaxından tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti