...

Bulvarda “Bahar nağılı” (FOTO)

Cəmiyyət Materials 28 Mart 2019 08:37 (UTC +04:00)
Bakı Dənizkənarı Bulvarın təşkilatçılığı ilə Bulvarda “Bahar nağılı” adlı dörd günlük Novruz bayramı qeyd olunub.
Bulvarda “Bahar nağılı” (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Dənizkənarı Bulvarın təşkilatçılığı ilə Bulvarda “Bahar Nağılı” adlı dörd günlük Novruz bayramı qeyd olunub.

Trend-in məlumatına görə, təşkilatı dəstək Azərbaycan Gənclər İttifaqı və "Jam Group"a məxsusdur. Tədbir 21 martdan – 24 marta qədər keçirilib.

Tədbirə Jam Group komandası tərəfindən uşaqların əyləncəsi üçün Novruz Bayramının əsas simvollarından olan Bahar qızı, Animatorlar (ulduz və cizgi film personajları), Kukla teatrı tamaşası “Tık tık Xanım” və Səhnədə rus nağılları tamaşası göstərilib. Bundan əlavə uşaqlar üçün face art, bayram abuhavasında olan dekorasiyalar və milli geyimlərlə foto zona təşkil olunub. Daha çox uşaqların əyləncəsinə önəm verilən tədbirdə, səhnədə animatorlarla birlikdə uşaqlar üçün diskoteka keçirilib.

Tədbirə gələn turistlər və ölkəmizin sakinləri üçün milli yeməklərimizdən olan qutablar, milli şirniyyatlar, əl işləri sərgiləri olub. Bu isə həm ölkəmizin sakinləri tərəfindən, həm də şəhərimizin qonaqları olan turistlər tərəfindən çox bəyənilərək qarşılanıb.

Konsert zamanı səhnədə Azərbaycan Gənclər İttifaqının üzvləri olan gənc müğənnilərin çıxışları, rəqs şouları və dörd günlük tədbirdə hər gün iştirak edən, çıxışları olmaqla yanaşı uşaqlar üçün tədbir keçirilən meydançada nağara üzrə ustad dərsləri verən AGİ üzvləri olan Azəri Ritm qrupu tərəfindən “Nağara şou”, “Alov şou” (Fakir), dörd günlük çıxışları ilə insanlar tərəfindən çox sevilərək dinlənilən gənc və istedadlı üzvləri olan “Sunrise Music Band” qrupunun ifaları səslənilib.

Beləliklə, dörd günlük keçirilən tədbirdə tamaşaçı qismində iştirak edən uşaqların və böyüklərin fikirlərini öyrəndikdə onlar bu tədbiri çox bəyəndiklərini, hətta uşaq və böyüklərin əylənə biləcəyi belə tədbirlərin tək özəl günlərdə deyil, adi günlərdə də keçirilməsini söyləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti