...

Astarada ağac kəsən şəxs cəzalandırılıb

Cəmiyyət Materials 1 Aprel 2019 09:46 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Astarada ağac kəsən şəxsi cərimələyib.
Astarada ağac kəsən şəxs cəzalandırılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Astarada ağac kəsən şəxsi cərimələyib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Astara rayonu Kələdəhnə yaşayış massivində köküstə yaş 8-40 sm diametrliyində müxtəlif cinsli ağacların kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacların Astara şəhər sakini Mahir Məmmədov tərəfindən kəsildiyi və təbiətə 9080 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı təqsirkar şəxs barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Astara rayon Prokurorluğuna göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti