...

Anar Bağırov: Vəkillər Kollegiyası ədalət mühakiməsinin təmin olunmasına öz töhfəsini verəcək

Cəmiyyət Materials 11 Aprel 2019 11:15 (UTC +04:00)
Azərbaycan dünyada az ölkələrdəndir ki, Vəkillər Kollegiyası Məhkəmə Hüquq Şurasında təmsil olunur.
Anar Bağırov: Vəkillər Kollegiyası ədalət mühakiməsinin təmin olunmasına öz töhfəsini verəcək

Bakı. Samir Əli - Trend:

Azərbaycan dünyada az ölkələrdəndir ki, Vəkillər Kollegiyası Məhkəmə-Hüquq Şurasında təmsil olunur.

Bunu Trend-ə bir neçə gün öncə Məhkəmə-Hüquq Şurasına üzv seçilən, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, bu, ölkədə vəkillərə verilən dəyərdir: "Əslində bu gün vəkillər məhkəmə-hüquq sistemində çox mühüm rola malikdir. Çünki ədalət mühakiməsi güclü vəkilsiz mümkün deyil. Vəkillər Kollegiyasının nümayəndəsinin Məhkəmə-Hüquq Şurasında təmsil olunması ilk növbədə vəkillərin bu islahatlarda iştirakı deməkdir. Eyni zamanda bu, mövcud problemlərin aradan qaldırılmasına kömək edəcək. Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri çox genişdir. Vəkillər Kollegiyasının Məhkəmə-Hüquq Şurasında təmsil olunması həm vəkillərin nüfuzunu artırır, həm də məhkəmə hakimiyyətinin idarə edilməsi üçün də çox əhəmiyyətli və vacibdir".

A.Bağırov əlavə edib ki, Vəkillər Kollegiyası Məhkəmə-Hüquq Şurasında təmsil olunmaqla ədalət mühakiməsinin yüksək standartlarla təmin olunmasına öz töhfəsini verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti