ADU-da “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda elmi konfrans keçirilib (FOTO)

ADU-da “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda elmi konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetində (ADU) “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda Respublika elmi konfransı keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, ADU-nun rektoru akademik Kamal Abdulla millətin, xalqın ən dəyərli simalarından biri olan böyük şəxsiyyətin işığına toplaşıldığını deyib.

Rektor Hüseyn Cavid adının yalnız ədəbiyyatsevərlər üçün deyil, xalqın bütün zümrələrinə məxsus insanlar üçün əziz olduğunu bildirib: “Bu ad zaman-zaman bizə bir az da yaxınlaşır.

Bu yaxınlığın ən bariz nümunəsi ondan ibarətdir ki, ölkə prezidenti, hörmətli İlham Əliyev Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi üçün çox işlər görüb. Hər şey Hüseyn Cavidin nəşinin vətənə qaytarılmasından başlayıb. Bildiyiniz kimi ulu öndər Heydər Əliyevin təşəbbüsü və fədakarlığı nəticəsində Sibirə göndərilmiş, Sovet rejiminin qurbanı olan şairin nəşi vətəninə qaytarılmış, vətənində torpağa əmanət edilmişdir. Bu, milli-mənəvi münasibətin ən yüksək forması idi. Bu hadisəni bütün Azərbaycan xalqı, bütün ədəbiyyatsevər qüvvələr böyük əzmlə, minnətdarlıq hissi ilə qarşıladılar. Hüseyn Cavid nakam tale yaşayan şair kimi bütün dünya şairlərinin, ədəbiyyat insanlarının taleyini bölüşüb. Bütün şairlərin başına təxminən eyni kədər, faciəvi hallar gəlib. Hüseyn Cavid sevgi, məhəbbət şairi idi. O, Azərbaycanın ədəbiyyatının gözəllik və tanrı elçisi idi. Hüseyn Cavid Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı olmaqla, Füzulidən gələn xəttin davamçısı oldu. Hüseyn Cavid bu gün də bizimlədir. Bu gün Hüseyn Cavid dedikdə, onun yalnız nakam həyatı deyil, zirvələrdən enməyən şair ruhunu da yad edirik. İnanıram ki, bu konfrans mütəxəssislər arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək”.

Konfransda İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fənani Azərbaycan Dillər Universitetində akademik və diplomatik kolleqalarının yenidən əhatəsində olmaqdan şad olduğunu bildirib. O, Hüseyn Cavid yaradıcılığının maraqlı müzakirə mövzusu olduğunu deyib. Səfir mövzunun İndoneziya, həmçinin qlobal mühit ilə tarix, ədəbiyyat, mədəniyyət, siyasət və mənəvi dəyərlər baxımından yaxınlığından danışıb. Azərbaycanın görkəmli nümayəndəsini xatırlamağın gələcəyin qurulması nöqteyi-nəzərdən vacib olduğunu deyən səfir qeyd edib ki, Azərbaycan ədəbiyyatının zənginliyi və dərinliyinə nəzər salaraq İndoneziya, digər ölkələrin dəyərləri və ideyaları ilə müqayisə etmək onun maraq dairəsindədir. H.Fənani konfransın yekununda Hüseyn Cavid mirasının indiki və gələcək nəsilə böyük təsir edəcəyinə inamını ifadə edib.

Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov “Cavid sənətində bəşəri genişlik” mövzusunda çıxış edərək Hüseyn Cavidin demonizm fəlsəfəsinə qayıtmasından söz açıb. O, Azərbaycançılıq məfkurəsi, istər türk idealı, istərsə də islami dəyərlər məsələsinin Caviddə ümumi bəşəri dəyərlər mahiyyətində ifadə olunduğunu bildirib. M.İmanov Cavidin Azərbaycandan danışarkən dünyadan, turandan, dünyadan danışarkən isə Azərbaycandan danışdığını qeyd edib. M.İmanov bildirib ki, Cavidin mövzularının haradan qaynaqlanmasından asılı olmayaraq, əsas məsələ onun bəşəri ideyalara sadiq qalması və ən sərt həqiqətləri əks etdirməkdən çəkinməməsidir. O, bu baxımdan “İblis” faciəsini təhlil edərək dramaturqun ən sərt həqiqətləri insanlara təlqin etməkdən çəkinmədiyini diqqətə çatdırıb.

“Kaspi” Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva konfransın Hüseyn Cavid yaradıcılığına həsr olunmasını yüksək qiymətləndirib. O bildirib ki, bu mövzuda konfransın məhz Dillər Universitetində keçirilməsi akademik Kamal Abdullanın Cavidə olan böyük sevgisi, məhəbbətindən irəli gəlir. S.Vəliyeva tədbirdə yüksək səviyyəli yerli və xarici qonaqların iştirakı və dərin məzmunlu çıxışlarının Cavidin yalnız Azərbaycanın, türk dünyasının, eləcə də Şərqin deyil, həm də bütövlükdə dünyanın karifey sənətkarı, mütəfəkkir şairi olduğunu sübut etdiyini deyib. O, “Hüseyn Cavid Şərqin böyük mütəfəkkir şairidir” mövzusunda çıxış edib. Hüseyn Cavidin istedadı ilahi tərəfindən möhürlənmiş, yüksək təhsil almış şəxsiyyət olduğunu deyən S.Vəliyeva onun dünya ədəbiyyatı fonunda hər zaman öz portretini oxucularına göstərdiyini qeyd edib. O diqqətə çatdırıb ki, Cavid nə qədər bəşəridirsə, bir o qədər millidir. Hüseyn Cavidin qalib olduğunu deyən S.Vəliyeva onu yetişdirən xalqın da həmişə qalib olmasını arzulayıb.

Fransanın Nim Universitetinin professoru Silvi Joseğam “Ədəbiyyat siyasi təhdiddirmi?”, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdemir “Hüseyn Cavidin dram yaradıcılığında Abdülhak Hamidin təsiri”, Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyev “Hüseyn Cavid modernizmi və dünya ədəbiyyatı (Cavid dramaturgiyasından bir fraqment)”, Serbiyanın Belqrad Universitetinin dosenti Branko Vraneş “Dünya ədəbiyyatının Şərqi: Azərbaycandan Serbiyaya” mövzularında məruzə ilə çıxış ediblər.

Venesuelanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristopher Martinez Berroteran dahi intellektual sənətkar Hüseyn Cavidə həsr olunmuş xüsusi mərasimdə iştirak etməkdən şərəf və məmnuniyyət hissi duyduğunu bildirib. Səfir Hüseyn Cavidin Azərbaycanda ədəbi adət-ənənələri inkişaf etdirən azərbaycanlı kimi XIX əsrin sonlarında və XX əsrin əvvələrində tarixdə iz qoymuş vətənin nümunəvi və layiqli nümayəndəsi olduğunu söyləyib. O, bu tarixin həmişə yaşayacağını və tarixə çevriləcəyini qeyd edib. Venesuela şair və yazıçılarının adlarını çəkən K.M.Berroteran H.Cavid yaradıcılığını tanıyan və onun əsərlərindən ilham alan sənətkarların incəsənət və ədəbiyyat tarixinin bir hissəsini təşkil etdiyini diqqətə çatdırıb.

Norveç Krallığından Skandinaviyaşünas müəllim Raqnil Tori konfransa dəvət olunduğu üçün təşəkkürünü bildirib. Qonaq konfransın Azərbaycanın görkəmli şəxsiyyətinə həsr olunmasının təqdirəlayiq hal olduğunu deyib. O, 2008-2009-cu illərdə ADU-da norveç dili müəllimi kimi fəaliyyət göstərdiyini deyib. 2009-cu ilin may ayında çapdan çıxan Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasındakı aforizmlərdən ibarət kitab layihəsinin rəhbəri olduğunu deyən R.Tori kitab haqqında məlumat verib. O, ADU-nun Skandinaviya mərkəzinin müdiri Vüsalə Əfəndiyeva və mütəxəssisi Aytən Məmmədova tərəfindən tərcümə olunan yeganə Azərbaycan romanı – azərbaycanlı yazıçı Yusif Səmədoğlunun “Qətl günü” romanının redaktorluğunu etdiyini qeyd edib.

ADU-nun Elmi işlər üzrə prorektoru, filologiya üzrə elmlər doktoru Sevinc Zeynalova konfransın ünvanına daxil olan təbrik məktublarını və bölmə iclasları haqqında məlumatı qonaqların diqqətinə çatdırıb.

Konfransda, həmçinin Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo və digər yerli və xarici qonaqlar iştirak ediblər.

Azərbaycan, türk, ingilis və rus dillərində olacaq konfransın işi “Hüseyn Cavid və türk dünyası”, “Hüseyn Cavid və Şərq ədəbiyyatı”, “Hüseyn Cavid və Qərb romantizmi” adlı 3 bölmə üzrə aparılıb. Konfrans öz işini böyük uğurla başa çatdırıb

Şirvan şəhərində "Opel" yanıb
Şirvan şəhərində "Opel" yanıb
Bakıda bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib
Bakıda bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib
Saatlıda karantin qaydalarını pozan çayxana aşkarlanıb
Saatlıda karantin qaydalarını pozan çayxana aşkarlanıb
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət edib
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü günü başlayıb (FOTO)
96 yaşlı müharibə veteranı: Ulu öndər Heydər Əliyevdən gördüyümüz diqqət və qayğını indi Prezident İlham Əliyevdən görürük (VİDEO)
Azərbaycan xalqı Heydər Əliyev kimi dühanı yetişdirdiyi üçün xoşbəxtdir - Əflatun Amaşov
Azərbaycan aprel ayında “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Moskvada hərbi parad keçirilir
Mingəçevir Dövlət Universitetində 9 May - Qələbə Gününə həsr olunan konfrans keçirilib
Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı ailələrində ziyarət edilib (FOTO)
Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib (FOTO)
Azərbaycan Sənaye Korporasiyası ağacəkmə aksiyası keçirib (FOTO)
Göygöl Milli Parkının ərazisinə balıq körpələri buraxılıb (FOTO)
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil hədiyyə edilib (FOTO)
Türkiyə səfiri Azərbaycan xalqını təbrik edib
100-dən çox diaspor könüllüsü və gənci “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda keçirilən konfransa qatılıb
Azərbaycan XİN 9 May Qələbə Günü ilə bağlı bəyanat yayıb
Əfqanıstanda silahlı qarşıdurmada yeddi polis öldürülüb
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib (FOTO)
Bu gün sonuncu Qədr gecəsidir
Los-Ancelesdə Azərbaycanın faşizm üzərində qələbəsindəki roluna dair film hazırlanıb (VİDEO)
Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb
Şirvan şəhərində "Opel" yanıb
Malayziyada ölkə daxilində səyahət etmək və əksər sosial tədbirlər qadağan ediləcək
Kolumbiyada etiraz aksiyaları zamanı 550-ya yaxın insan itkin düşdü
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Nyu-Yorkun Tayms-skver meydanında atışma baş verib
Dünyada ötən sutka koronavirusa 817 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçıları üçün hər cür şərait yaradılıb - amerikalı idmançı
Türkiyədə son sutkada koronavirusdan 28 896 nəfər sağalıb
"Bavariya" ardıcıl 9-cu dəfə futbol üzrə Almaniya çempionu oldu
Daşkəsən polisi şəhid ailələrinə bayram sovqatları paylayıb
Əfqanıstanda məktəbin qarşısında partlayışlar olub, çoxlu sayda ölən var
Mingəçevir Dövlət Universitetində “Dahi Azərbaycanlı” sənədli filmi nümayiş etdirilib (FOTO)
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Azərbaycanda bayram tətili başlayıb
Mayın 16-dək Azərbaycanda ictimai nəqliyyat işləməyəcək
Bakıda bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib
Milli Gimnastika Arenasının zalı heyrətamiz dərəcədə gözəldir - rusiyalı idmançı
Mingəçevir Dövlət Universitetində “İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin ekoloji vəziyyəti” mövzusunda nəzəri-praktiki seminar keçirilib (FOTO)
Ramazanın 26-cı gününün duası - İmsak və iftar vaxtı
İran yük avtomobilləri Qarabağa yük daşımır - İran səfirliyi
Mingəçevir Dövlət Universitetinin tələbə gəncləri ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirib (FOTO)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun qalib və mükafatçılarının mükafatlandırılma mərasimi keçirilib (FOTO)
Ramazan bayramı ilə əlaqədar may ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl başa çatdırılıb
Gimnastlarımız üç halqa və iki cüt gürzlərlə hərəkətlərdə Dünya Kubokunun finalına çıxıb (FOTO)
Bu gün Şuşa azaddır və bir daha bizdən ayrılmayacaq - Şuşa sakini danışır
MDU-da ümummilli lider Heydər Əliyevə həsr olunan mühazirələr keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər
Liderlik zirvəsini fəth edən Dahi
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri azalıb
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi yad edilib
Azərbaycan gimnastları çox güclüdür - Qazaxıstanlı gimnast
Qarabağ Dirçəliş Fondu əlavə dəyər vergisindən azad olunub
Bakıdakı Dünya Kuboku mənim ən sevimli yarışlarımdan biri oldu - Zöhrə Ağamirova
1992-ci il 8 mayında Şuşa satqınlığın və xainliyin qurbanı oldu - Deputat
Dövlət Neft Şirkətinin strukturu təkmilləşdirilir
TRT Qarabağla bağlı sənədli film hazırlayır
Dünya Kubokunda gürzlərlə hərəkətlərdə finalçılar müəyyənləşib
Aİİ-də “Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə xidmətləri” mövzusunda videokonfrans keçirilib (FOTO)
Azərbaycan gimnastı Zöhrə Ağamirova Dünya Kubokunda finala çıxıb
Bakıda təhsil müəssisələrinin tikintisi, təmiri və bərpasına iyirmi milyon manat ayrıldı - SƏRƏNCAM
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri var - Tahir Budaqov
Prezident İlham Əliyev Şuşada yeni ümumtəhsil məktəbinin tikintisinə üç milyon manat ayırdı
Yol qovşağında yenidənqurma işləri aparılır (FOTO)
AQTA quş qripi ilə bağlı Dövlət Gömrük Komitəsinə müraciət edib
Şuşada istilik təchizatının qurulması üçün bir milyon manat ayrıldı - SƏRƏNCAM
Bakıda bizi mehribanlıqla qarşılayırlar - Ukraynalı gimnast
Qələbənin 76-cı ildönümü münasibətilə Azərbaycan Ordusunda iməcilik keçirilib (FOTO/VİDEO)
Ro-Pax tipli "Azərbaycan" gəmi-bərəsi Qazaxıstana çatıb (FOTO)
Hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ edildi
Suvarmada olan çətinliklərin aradan qaldırılması ilə bağlı tapşırıq verilib (FOTO)
"Azəriqaz" bayram günlərində də fəaliyyətini davam etdirəcək
Mayın 16-na olan USD/AZN rəsmi məzənnəsi
Tibb müəssisələrində yoxlamalara başlanılıb
Lənkəranda 50 hektardan çox sitrus bağı salınıb (FOTO)
Müdafiə Nazirliyi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə bağlı VİDEO hazırlayıb
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənilib
Yaxın 3 ayda müəllimlərin sertifikasiyası gözlənilmir - RƏSMİ
Növbəti illərdə şagird sayında azalmalar ola bilər - Təhsil naziri
“Azərpambıq ASK” MMC-nin işi məhkəməyə göndərildi
Azərbaycanda peyvənd olunan təhsil işçilərinin sayı açıqlanıb
Saatlıda karantin qaydalarını pozan çayxana aşkarlanıb
Xəzər rayonu rəhbərliyi və ictimaiyyət nümayəndələri Binədə yeni qurulan Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 1720 nəfər COVID-19-dan sağalıb, 649 nəfər yoluxub
Əyani tədrisin qismən bərpa olunması qərarı aparılan təhlillərdən sonra verilib - Nazir
Şuşa alimlərin, sənətkarların doğulub boya-başa çatdığı elm və mədəniyyət mərkəzidir - Komitə sədri
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə
120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib
Bu il 50 mindən artıq müəllimliyə namizəd işə qəbulla bağlı müsabiqəyə qatılacaq - Emin Əmrullayev
Energetika Nazirliyi Ulu Öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirib (FOTO)
Şəhid ailələri və müharibə əlillərinə daha 40 mənzil təqdim olundu (FOTO)
X-XI siniflər hələ də distant formada tədrisə davam edəcək - Təhsil naziri
Bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günündə maraqlı anlar (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlərin andiçmə mərasimləri keçirilib (FOTO/VİDEO)
Azərbaycan gimnastlarının Dünya Kubokunun ikinci günündə NƏTİCƏLƏRİ (FOTO)
Bakıda yarışlar hər zaman ən yüksək səviyyədə keçir - Sloveniyalı gimnast
Külək və yağışla bağlı XƏBƏRDARLIQ
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Qalib Sərkərdə strategiyasının əməli sübutu – qalibiyyətə aparan möhtəşəm yol
Bütün xəbərlər