Bakı. İlhamə İsabalayeva - Trend:
25 il bundan əvvəl mənzil növbəsinə yazılan 100-dən artıq alim ailələrinin 80-i artıq evlə təmin olunub.
Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda Abşeron rayonunun Saray qəsəbəsində tikilən "elm şəhərciyində"də mənzillərin alınması üçün 800 alim növbəyə yazılıb. Mənzillərin kvadrat metri 450 manatdan hesablanır.
A.Əlizadə əlavə edib ki, növbəyə yazılan alimlərin 150-si artıq pulunu ödəyib:
"Əvvəlki illərdə növbədə duranlarla bağlı hərc-mərclik var idi. 2010-2011-ci illərdə Akademiyaya aid olmayan, burda çalışmayan insanlar mənzil növbəsinə yazılmışdı. Bunun qarşısını almaq üçün bizim səylərimiz lazım idi. Bu günə qədər də o istiqamətdə addımlayırıq".