...

BDU-nun fakültələrarası idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 4 May 2019 17:43 (UTC +04:00)
Futbol çempionatı və digər idman növləri üzrə yarışlarda qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
BDU-nun fakültələrarası idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) idman kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr edilmiş fakültələrarası futbol çempionatı və digər idman növləri üzrə yarışlarda qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, oğlanlar və qızlar arasında badminton, stolüstü tennis, şahmat, komandalar arasında isə voleybol, basketbol və futbol yarışlarının qalibləri mükafatlandırılıb.

BDU-nun rektoru Elçin Babayev, fakültə dekanları və digər rəsmi şəxslər qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.

Qeyd edək ki, futbol yarışlarında universitetin 16 fakültəsi təmsil olunub və birinci yerin qalibi Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin komandası olub.

Ekologiya və torpaqşünaslıq fakültəsinin komandası ikinci, Geologiya və Coğrafiya fakültələrinin tələbələri isə ücünçü yeri tutublar.Voleybol yarışlarında birinci yeri Beynəlxalq münasibətlər və iqtisadiyyat, ikinci yeri Ekologiya və torpaqşünaslıq, ücüncü yeri isə Kimya fakültəsinin komandaları tutublar.

Bosketbol yarışlarında Kimya fakültəsi birinci, Coğrafiya fakültəsi ikinci, Tarix fakültəsi isə üçüncü yeri bölüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti