...

Sumqayıtda FHN əməkdaşını qətlə yetirən şəxs saxlanıldı

Cəmiyyət Materials 8 May 2019 12:35 (UTC +04:00)
Sumqayıt şəhərində Fövqəladə Hallar Nazirliyinin əməkdaşı qətlə yetirilib.
Sumqayıtda FHN əməkdaşını qətlə yetirən şəxs saxlanıldı

Bakı. Samir Əli - Trend:

Sumqayıt şəhərində Fövqəladə Hallar Nazirliyinin əməkdaşı qətlə yetirilib.

Trend-in məlumatına görə, hadisə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Xüsusi Riskli Xilasetmə Xidmətinin həyətində baş verib.

Naməlum şəxs səhər saatlarında xidmətin ərazisinə daxil olaraq qurumun əməkdaşı, çavuş, 1984-cü il təvəllüdlü Kərimov Emin Vəli oğlunu ürəyindən bıçaqlayaraq qətlə yetirib.

Qətli törədən şəxs polisə könüllü təslim olub və hadisəni namus üstə törətdiyini bildirib.

Sumqayıt Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti