• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

ETSN: İdman və həvəskar balıq ovu üçün balıqovlama biletinin alınması tələb olunmur

14 May 2019 15:15 (UTC+04:00)
  • 0
  • 0

Bakı. İlhamə İsabalayeva - Trend:

İdman və həvəskar balıq ovu insanların şəxsi ehtiyacları, istirahəti üçündür və bu məqsədlə su hövzələrində sərbəst ov edilə bilər, bunun üçün balıqovlama biletinin alınması tələb olunmur.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su Hövzələrinin Bioloji Resurslarının Artırılması və Mühafizəsi Departamentinin direktoru Mehman Axundov deyib.

Azərbaycanda balıq ovunun qanununvericiliklə tənzimləndiyini bildirən M.Axundov əlavə edib ki, qanunvericiliyə əsasən sənaye məqsədləri ilə balıq ovu ödənişlidir və bunun üçün balıqovlama biletlərinin alınması mütləqdir.

ETSN rəsmisi qeyd edib ki, balıqovlama biletlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyi verir və elektron qaydada almaq mümkündür. Balıqovlama bileti alan şəxslər hər ilin I yarısında (iyulun 10-na kimi) və ilin sonunda (növbəti ilin yanvar ayının 10-na kimi) ovladığı balıq və digər su bioresurslarının növü və çəkisi barədə nazirliyə yarımillik və illik hesabatları təqdim etməlidir.

M.Axundovun sözlərinə görə, bu il nazirlik tərəfindən 7 hüquqi və 80 fiziki şəxsə sənaye məqsədləri ilə kvotalar ayrılaraq balıqovlama biletləri verilib:

"Lakin sənaye məqsədləri ilə balıqovlama biletinin alınması o demək deyil ki, bununla ilboyu, hər yerdə və qadağan olunmuş vasitələrlə ov etmək olar. İlk növbədə, ayrılmış kvotaya, yəni göstərilmiş balıq növü və müəyyən edilmiş çəki şərtlərinə əməl edilməlidir. İkincisi, qadağan olunmuş vaxtlarda və qadağan olunmuş yerlərdə ov edlməsi qaydalara ziddir. Bu da o deməkdir ki, Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, su hövzələrindən asılı olaraq hər ilin aprel və may aylarının 1-dən balıqların çoxalma dövrü, yəni kürü tökmə dövrü olduğundan onların ovlanması sentyabrın 1-dək qadağan edilir".

M.Axundov xatırladıb ki, xüsusi mühafizə olunan təbiət ərazilərində, o cümlədən qoruqların, milli parkların, yasaqlıqların ərazilərində, ümumiyyətlə sənaye balıq ovuna icazə verilmir: "Ən əsası isə balıq ovunda qanunla qadağan olinmuş ov alətlərindən istifadə yolverilməzdir. Təəssüf ki, bu hallara hələ də rast gəlinir və bu da ölkədə balıq ehtiyatlarının sürətlə tükənməsinə, bəzi nadir növlərin nəslinin kəsilməsinə şərait yaradır. Bütün balıqçılara müraciət edirik, qaydalardan kənar ov edilməsinə son qoysunlar, balıq ehtiyatlarının kökünün kəsilməsinə səbəb olmasınlar. Bu qaydalara əməl etməyənlərə qarşı qanunvericiliyə uyğun sərt və ciddi tədbirlər görülür".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • balıq ovu
  • ETSN
Digər xəbərlər
Nazirlik: Dənizdə dalğanın hündürlüyü 3,8 metrə çatıb
Cəmiyyət 2 Dekabr 13:39
Mingəçevir su anbarının qadağan olunmuş ov vasitələrindən təmizlənməsinə başlanılıb (FOTO)
Cəmiyyət 22 Oktyabr 16:14
Nazirlik balıq ovu ilə məşğul olan şəxslərə XƏBƏRDARLIQ etdi
İqtisadiyyat 16 Oktyabr 13:39
Ölkədə balıq ehtiyatları azalıb
Cəmiyyət 11 Oktyabr 16:53
Balıq ovu ilə bağlı kvotaların alınması "Asan xidmət" mərkəzlərinə keçib
Cəmiyyət 11 Oktyabr 16:08
Şahdağ Milli Parkında turistlər üçün yeni çığırlar salınacaq
Turizm 1 Oktyabr 12:16
Xəbər lenti
Türkiyədə 100-dən çox məktəbli zəhərləndi
Dünya xəbərləri 11:58
PAŞA Sığorta şirkəti vətəndaşları dələduzlara aldanmamağa çağırır
Cəmiyyət 11:51
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ümummilli Lider Heydər Əliyevin anım günü keçirilib
Cəmiyyət 11:46
Azərbaycan Böyük Britaniyadan populyar uçuş istiqamətləri arasında ilk beşlikdə yer alıb
Cəmiyyət 11:43
Hikmət Hacıyev: Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaratmaqdadır
Dağlıq Qarabağ Münaqişəsi 11:37
“Şahdəniz”dən indiyədək 115 milyard kubmetr qaz hasil edilib
Energetika 11:35
Ötən gün axtarışda olan 31 nəfər saxlanılıb
Hadisə 11:31
Bu rayonlar üzrə pensiya təyinatı ilə bağlı qaydalar dəyişir
İqtisadiyyat 11:23
Gəncədə antisanitar şəraitdə olan toyuq emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)
Cəmiyyət 11:17
Ən çox oxunanlar
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
Bakıda ticarət mərkəzi yanır (FOTO/VİDEO)
Bakıda gölməçədə avtomobil batıb
ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib
Nəzər nöqtəsi
Milli inkişaf strategiyasının müəllifi

Milli inkişaf strategiyasının müəllifi

Rusiyalı ekspert: Azərbaycan Cənubi Qafqazda vacib iştirakçı statusunu qazanıb
Naqif Həmzəyev: Heydər Əliyev hər zaman gənclərin himayədarı olub
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri