...

Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının finalı keçirilir (FOTO)

Cəmiyyət Materials 19 May 2019 12:50 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının finalı başlayıb
Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının finalı keçirilir (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının finalı başlayıb.

Trend-in məlumatına görə, bu gün mübarizə altı komplekt medallar uğrunda aparılacaq (fərdi hərəkətlər üzrə dörd medal, qrup çıxışları üzrə isə iki medal).

Çempionatın sonuncu günündə əvvəlcə gənclərdən ibarət qrup hərəkətləri komandaları 5 halqa və 5 lentlə yarışların finalında güclərini sınayacaq. Sonra böyük gimnastlar fərdi proqramda ayrı-ayrı alətlər üzrə medallar uğrunda yarışacaqlar.

Azərbaycanı yarışlarda Marina Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova, Fəridə Səfiyarzadədən ibarət qrup hərəkətləri üzrə yığma təmsil edir. Komandamız 5 halqa ilə yarışlarda iştirak edəcək. Fərdi proqramda isə Zöhrə Ağamirova gürzlər və halqa yarışlarında mübarizə aparacaq.

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti