...

Muzeylərə gələnlərin sayı çoxalıb

Cəmiyyət Materials 6 Avqust 2019 07:45 (UTC +04:00)
Azərbaycanda muzeyləri ziyarət edənlərin sayı artıb.
Muzeylərə gələnlərin sayı çoxalıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda muzeyləri ziyarət edənlərin sayı artıb.

Trend-in məlumatına görə, 2019-cu ilin əvvəlinə olan məlumata görə, ölkədə muzeylərə gələnlərin sayı bir il ərzində 3 milyon 171 min nəfər olub.

2018-ci ilin əvvəlinə olan məlumata görə, il ərzində muzeyləri 3 milyon 3 min, 2017-ci ilin əvvəlində isə 2 milyon 698 min nəfər ziyarət edib.

Hazırda Azərbaycanda 239 muzey var ki, onların 77-si tarix, 42-si memorial, 67-si diyarşünaslıq, 41-i sənətşünaslıq, 12-si digər muzeylərdir.

İlk muzey Bakıda 1920-ci ildə, ilk memorial muzey isə Şəkidə 1938-ci ildə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti