...

Gəncə Tibb Kollecində məzun günü keçirilib (FOTO)

Cəmiyyət Materials 3 İyun 2019 10:36 (UTC +04:00)
Azərbaycanda orta tibb işçiləri hazirlayan ən qocaman təhsil müəssisəsi olan Gəncə Tibb Kollecində məzun günü keçirilib.
Gəncə Tibb Kollecində məzun günü keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanda orta tibb işçiləri hazirlayan ən qocaman təhsil müəssisəsi olan Gəncə Tibb Kollecində məzun günü keçirilib. 1931-ci ildən fəaliyyət göstərən kollecdən bu gündək 55 min tələbə məzun olub. 2018-2019-cu tədris ilində təhsil ocağını müalicə işi, mamalıq, əczaçılıq və tibb bacısı ixtisasları üzrə 213 tələbə məzun adını qazanıb.

Trend-in məlumatına görə, məzun günündə tələbələri salamlayan kollecin direktoru Mehman Rzayev yüksək keyfiyyətli təhsil almaq üçün tibb təhsil müəssisəsində yaradılan şəraitdən söz açıb. Qeyd edib ki, bu gün dövlətimiz Azərbaycanda səhiyyə müəssisələrinin təmiri və texniki təhcizi ilə bərabər həm də həkim və orta tibb işçilərinin səviyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü işlər aparır:

M.Rzayev əlavə edib: “1931-ci ildən fəaliyyət göstərən kollecimiz son iki ildə yüksək səviyyədə təmir olunub və müasir avadanlıqlarla təhciz olunub. Bildiyiniz kimi hazırda 7 ixtisas üzrə tələbələrimiz hazırlanır. Yaxın vaxtlar çox yüksək texniki təminatı olan stomotoloji laboratoriya fəaliyyətə başlayacaq. Artıq bütün avadanlıqlar alınıb və quraşdırılıb. Bu yaradılan şərait yüksək bilik və bacarığa malik tələbələr yetişdirməyə imkan verəcək. Ümidvaram ki, bu gün məzun olacaq yetirmələrimiz gələcəkdə istənilən tibb müəssisələrində yüksək səviyyədə əhaliyə tibbi xidmət göstərə biləcək”.

Sonra 3 il müddətində təhsil və Gəncə Tibb Kollecinin ictimai həyatında fərqlənən məzunlara fəxri diplomlar təqdim olunub.

Kolleci böyük ruh yüksəkliyi ilə tərk edəcək məzunlar onlara verilən bilik və bacarıqlara görə, yaradılan gözəl şəraitə görə kollecin rəhbərliyinə və müəllimlərə öz minnətdarlığını bildirən tələbələr 3 il müddətində əldə etdikləri elmi bilikləri və təcrübələrini insanların sağlamlığı naminə istifadə ediləcəklərinə söz veriblər.

Sonda kollecin dərnək üzvlərinin ifasında mahnı və kompozisiyalar tədbirə rəngarənglik qatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti