...

Azərbaycan oftalmoloqları beynəlxalq konqresdə elmi yenilikləri müzakirə etdilər (FOTO)

Cəmiyyət Materials 17 İyun 2019 17:02 (UTC +04:00)
Azərbaycan oftalmoloqları Fransanın Nitsa şəhərində keçirilən SOE (European Society of Ophthalmology) 2019 konqresində iştirak ediblər.
Azərbaycan oftalmoloqları beynəlxalq konqresdə elmi yenilikləri müzakirə etdilər (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan oftalmoloqları Fransanın Nitsa şəhərində keçirilən SOE (European Society of Ophthalmology) 2019 konqresində iştirak ediblər.

Trend-in məlumatına görə, konqresdə dünyada oftalmologiya sahəsindəki elmi yeniliklər, müasir texnologiyalar və yeni biliklər müzakirə edilib.

Dünyanın bir çox ölkələrinin oftalmoloqlarının iştirak etdiyi konqresdə Azərbaycanı akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri təmsil edib.

Onlar konqresdə elmi məruzələrlə çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti