UNEC-də Məzun günü - Bakalavr və magistrlərə Avropa universitetlərinin diplomları verildi (FOTO)

UNEC-də Məzun günü - Bakalavr və magistrlərə Avropa universitetlərinin diplomları verildi (FOTO)

Bakı. Trend:

UNEC-də keçirilən “Məzun Günü” bir çox yeniliklərlə yadda qalıb.

Universitetdən Trend-ə verilən məlumata görə, “Baku Kristall Hall”da keçirilən təntənəli mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və valideynlərlə yanaşı, dövlət rəsmiləri, millət vəkilləri, xarici qonaqlar, ictimaiyyət nümayəndələri və UNEC-in fəxri məzunları iştirak edib.

UNEC-in rektoru, professor Ədalət Muradov məzunları təbrik edərək, onlara müstəqil, peşəkar həyata baş vurmağın çətin olduğu qədər, maraqlı və həyəcanlı olduğunu deyib. Məzunları yeni nailiyyətlər, ciddi sınaqların gözlədiyini deyən rektor, onların əməyinin müsbət nəticələr verəcəyinə əminliyini bildirib. Bu əminliyin Ümummili lider Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərin təhsili ilə bağlı dövlət siyasətinə, eləcə də Mehriban xanım Əliyevanın təhsilə diqqət və qayğısına əsaslandığını vurğulayıb. UNEC-in Avropanın aparıcı universitetləri ilə uğurlu ikili diplom proqramları reallaşdırdığını deyən Ə.Muradov, bu ali təhsil müəssisəsinin məzunlarının dünyanın aparıcı universitetlərinin tələbələri ilə rəqabət apara biləcək potensiala malik olduğunu bildirib. Sonda rektor məzunlara dayanmadan çalışmağı, biliklərini yeniləməyi, mənəviyyatı hər şeydən üstün tutmağı və mənəvi lider olmağı tövsiyə edib.

Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetindən məzun olan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov barədə videoçarx nümayiş olunub. Videoçarxda V.Hüseynovun orta məktəb şəhadətnaməsi, universitet diplomu, qiymət cədvəli, fotoşəkilləri və ictimai siyasi fəaliyyəti ilə bağlı məlumatlar əks etdirilib.

DMX-nin rəisi Vüsal Hüseynov xatirələrlə zəngin təqdimata görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. UNEC-in Fəxri məzunu kimi uğur hekayəsini bölüşən V.Hüseynov İqtisad Universitetinin onun həyatında önəmli rol oynadığını deyib. Harvard Universitetinə gedən yolda bu ali təhsil müəssisəsinin çox vacib təməl olduğunu diqqətə çatdırıb. V.Hüseynov UNEC məzunlarına verdikləri universitetin onlara verdiyi üstünlüklərdən maksimum yararlanmağı, qərarlarında məsuliyyətli olmağı, bilik və bacarıqlarını daim inkişaf etdirməyi tövsiyə edib.

Çıxışdan sonra UNEC-in Fəxri məzunu Vüsal Hüseynova şəxsi arxivi üçün orta məktəb şəhadətnaməsi hədiyyə olunub.

“Məzun Günü”ndə UNEC-in ikili diplom proqramlarının məzunlarına Avropa diplomları təqdim edilib. Fransanın Monpelye Universitetini bitirən 13 bakalavr və İsveçrənin UBİS universitetini bitirən 4 magistrə həmin universitetlərin diplomları verilib.

Hər il olduğu kimi, bu il də ən yüksək bal (99.0125) topladığına görə adı UNEC-in Fəxri daşına həkk edilən Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunu Pakizə Vəlizadə çıxış edib. UNEC-in məzunu olması ilə qürur duyduğunu ifadə edən P.Vəlizadə təhsil aldığı Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələrinin artıq 5-ci ildir ki, adlarını universitetin tarixinə uğurlu tələbə kimi yazdırdıqlarıını diqqətə çatdırıb.

P.Vəlizadə ənənəyə uyğun olaraq UNEC-in bayrağını III kurs üzrə ən yüksək nəticə göstərən Ekspertiza və standartlaşdırma fakültəsinin tələbəsinə təhvil verərək, 4122 məzun adından təntənəli and içib.

Sonra ənənəvi “papaqatma” mərasimi keçirilib.

Tədbirdə populyar bəstəkar müğənni, əməkdar artist Miri Yusif və Murad Arif tələbələri məzun olmaları münasibətilə təbrik edərək, özünəməxsus ifaları ilə onlara unudulmaz anlar yaşadıblar. Populyar DJ Chına isə dinamik mahnıları ilə “Məzun Günü”nündə gəncləri əyləndirib.

2018/19-ci tədris ilində UNEC-dən 4122 gənc məzun olub. Onlardan 3102-i bakalavr, 1020-si isə magistrdir.

Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin sayı azalıb
Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin sayı azalıb
Azərbaycanın peyk xidmətlərinin ixracından gəlirləri artıb
Azərbaycanın peyk xidmətlərinin ixracından gəlirləri artıb
Azərbaycanın əməliyyat sistemi bazarında "Android"in payı artıb
Azərbaycanın əməliyyat sistemi bazarında "Android"in payı artıb
Loading Bars
Xəbər lenti
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
Ali Baş Komandan Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyasını uğurla həyata keçirdi - İsa Həbibbəyli
Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terrordan yazıb
Qusarda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır
“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib
“Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi (FOTO)
Uşaqların müharibə cinayətlərinin qurbanı olması qəbulolunmazdır - UNİCEF-in icraçı direktoru
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə telefonla danışıb
SOCAR Ukraynada fəaliyyətini genişləndirir
Pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl edilməsi vacibdir - Nazirlik
Nyu-Yorkda Vətən müharibəsi şəhidləri anılıb
44 günlük müharibə bizə asan gəlsə də, bu, düşünüldüyü kimi deyil - Hərbi ekspert
ABŞ-da koronavirusa yoluxma rekordu qeydə alındı
Gömrük əməkdaşları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad ediblər (FOTO)
Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər - Mustafa Şentop
Azərbaycan ordusu dünya reytinqlərində daha da irəliləyəcək - Deputat
Kəlbəcər rayonunun Yanşaq kəndi (VİDEO)
Dekabrın 7-də manatın dollara qarşı məzənnəsi
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
Səfir XİN-ə çağırıldı, Fransaya nota verildi
TÜRKPA-nın Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Serbiya Azərbaycana 170 milyon avro borcunu ödəyəcək
"Ural Hava Yolları" Rusiya vətəndaşlarının Azərbaycandan daşınmasını həyata keçirəcək
Türkiyədən Çinə hərəkət edən yük qatarı Bakı limanından keçəcək
Ceyhun Bayramov latviyalı həmkarı ilə telefonla danışıb
Azərbaycan qlobal çağırışlara həmişə töhfə verib - Deputat
Ceyhun Bayramov Belarusun səfiri Gennadi Axramoviç ilə görüşüb (FOTO)
Prezident İlham Əliyevin Fransaya tövsiyəsini mən də dəstəkləyirəm - Ərdoğan
Azərbaycanda bu məhsulların istehsalı artıb
Ankarada Azərbaycanın Vətən müharibəsinin şəhidləri yad edilib (FOTO)
Azərbaycanda 4 267 nəfər COVID-19-a yoluxdu, 2 566 nəfər sağaldı, 41 nəfər vəfat etdi
Şəhidlərin əziz xatirəsi Dövlət Miqrasiya Xidmətində də yad edilib (FOTO)
Hərbçilərimiz canları bahasına bu qələbəni əldə ediblər - Milix Yevdayev
Gəncədə din xadimləri şəhidlərin xatirəsini yad ediblər (FOTO)
İsmayıllıda koronavirus xəstəsinə cinayət işi başlanılıb
Türkiyəli nazir Qars logistika mərkəzinin tikintisi prosesi ilə tanış olacaq
Şəhidlərin xatirəsini yad etmək məqsədilə müntəzəm xətt avtobusların hərəkəti dayandırılıb - BNA
UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq! (FOTO)
Şəkidə şəhidlərimizin xatirəsi yad edilib (FOTO)
Azərbaycanın böyük qələbəsini şərtləndirən əsas amillər
Birinci vitse-prezident Mehriban Əliyeva: Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq
Əjdərbəy məscidində şəhidlərin xatirəsi anılıb
Azərbaycan Ordusunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb (FOTO/VİDEO)
Dağlıq Qarabağın kimə məxsus olduğu BMT qətnamələri ilə çoxdan müəyyən edilib - Peskov
Biz bütün Azərbaycanın dəstəyini hiss edirdik - Bədii gimnastika üzrə qrup komandasının üzvləri (FOTO)
İkinci Qarabağ müharibəsi Azərbaycan tarixində parlaq səhifədir - Aleksandr İşein
Ərazini tərk edən ermənilər məzarları dağıdıblar - “Amnesty International” Kəlbəcərdə (FOTO)
İranda sutka ərzində 347 nəfər koronavirusdan ölüb
Vətən yolunda canlarından keçən oğullarımız daim qəlbimizdədir - Milix Yevdayev (FOTO)
Azərbaycan şəhidlərinin xatirəsi Türkiyə və İranda da yad edilir
Azərbaycan hərbi əməliyyatları dəqiqliklə quraraq Ermənistandan daha az itki verdi - Deputat
Məni güllə altında sürüyərək ərazidən çıxardılar - Qarabağ qazisi
Siyəzəndə yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstəsi saxlanılıb (VİDEO)
Paşinyanın reytinqi kəskin düşüb
Heydər Əliyev Fondunun dəstəyi ilə şəhidlərə ithaf olunmuş "Əbədi zirvə" musiqi kompozisiyası hazırlanıb (VİDEO)
Olimpiya oyunlarının təxirə salınması Yaponiyaya 3 milyard dollara başa gələcək
Azərbaycan zəfər çalaraq tarixdə yeni səhifə açdı - Allahşükür Paşazadə
Dövlət Dəniz Agentliyində şəhidlərin əziz xatirəsi anılıb (VİDEO)
Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir - Deputat
Yaşayış yerini tərk edən aktiv koronavirus daşıyıcıları barədə cinayət işi başlanılıb (FOTO/VİDEO)
"Şəhidlik yaxşı ölümdür" deyirdi - Şəhid Tural Rəhimov
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Şəhidlərimizin ruhu qarşısında baş əyir, ehtiramla yad edirik - Spiker
Heydər məscidində anım mərasimi keçirilib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Havanın temperaturu düşəcək, yağış, qar yağacaq - Xəbərdarlıq
Rusiyada koronavirusdan ölənlərin sayı 42 mini ötüb
FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər (FOTO)
Azərbaycan xalqı Şəhidlər Xiyabanını ziyarət edir (FOTO)
Gəncə şəhərində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib (FOTO)
Bakıdakı pravoslav kafedral kilsəsində şəhidlərin anım mərasimi keçirilib (FOTO)
Doqquz Azərbaycan gimnastı bədii gimnastika üzrə Avropa çempionatından medalla qayıdıb - Mariana Vasileva
Nazirlik Xudayar Yusifzadənin ailəsi üçün ev tikəcək (FOTO)
Dağ Yəhudiləri İcmasında şəhidlərin xatirəsi anılıb (FOTO)
Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib - Həmsədr
Döyüşlərə 30 ilin həsrəti ilə atılmışdıq - Qarabağ qazisi
Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələri müzakirə olunub
AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı (FOTO)
Niderlandda Fransa Senatının və Belçika Parlamentinin qəbul etdiyi qətnamələrə etiraz aksiyası keçirilib
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Yaşayış yerini tərk edən aktiv koronavirus daşıyıcısı barədə cinayət işi başlanılıb (FOTO/VİDEO)
Ərdoğan və Ruhani Qarabağı müzakirə edib
Güclü dövlətin hərbçisi olmaq çox qürurvericidir - Qarabağ qazisi
Ötən gün 21 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
Azərbaycan nefti 50 dollar həddinə yaxınlaşır
Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır - Fransa səfiri
Azərbaycanın qaz ixracında Türkiyə bazarının payı 79 faiz olub
Azərbaycanın Türkiyədən sement idxalı azalıb
Taksi fəaliyyəti ilə məşğul olan COVİD-19 xəstəsi saxlanılıb (FOTO)
Rusiyada təyyarə bir gündə iki dəfə təcili eniş etdi
Müəllimlərinə "Qarabağı biz alacağıq" deyib - Ad günündə dəfn edilən şəhid Nicat Tarverdiyev (FOTO)
Bakıda elektron əşya mağazalarından oğurluq edən saxlanılıb
Prezident İlham Əliyev şəhidlərimizlə bağlı paylaşım edib (FOTO)
Azərbaycan Prezidenti: BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi
Vətən Müharibəsində şəhid olan DİN kapitanı (FOTO)
Azərbaycan Prezidenti: Ermənistan son dəqiqəyə qədər xüsusi sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışıb
Azərbaycan Prezidenti: Son iki il ərzində Ermənistan danışıqlar prosesini məqsədyönlü şəkildə məhv edib
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib
Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - XİN
Bütün xəbərlər