...

Hacıqabulda baş verən yol qəzası nəticəsində 8 nəfər xəstəxanaya yerləşdirildi

Hadisə Materials 23 Avqust 2019 11:09 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Hacıqabul rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şirvan Mərkəzi Rayon Xəstəxanasına müxtəlif dərəcəli xəsarətlərlə 8 nəfər müraciət edib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, müraciət edən şəxslərdən 5 nəfəri qadın (62, 52, 36, 20, 17 yaşlı), 3-ü isə kişidir (43, 47 və 14 yaşlı). Yaralılardan 6-sının xəsarətləri yüngül olduğundan gün ərzində ambulator müalicəyə buraxılacaqları gözlənilir. Digər iki nəfərin 62 yaşlı qadın və 43 yaşlı kişinin müalicələri travmatologiya şöbəsində davam edir. Vəziyyətləri orta-ağır stabil qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti