Bakı. Samir Əli - Trend:
"Bakı Metropoliteni"nin stansiyalarında fiber optik şəbəkənin quraşdırılması prosesi sürətləndirilib.
Bu barədə Trend-ə açıqlamasında "Bakl Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam etdirilir: "Fiber optik şəbəkə mertoda hərəkətin təşkili və daha təhlükəsiz idarə olunması ilə bağlıdır. Şəbəkənin çəkilməsi prosesi qurtardıqdan sonra stansiyalarda "Wi-Fi" quraşdlrıla bilər. Bu məsələdə biz özümüz də maraqlıyıq. Amma prosesin yekunlaşacağı tarixi dəqiq deyə bilmərik".