...

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin ürək-damar cərrahı “Türkiyədə təhsil alan azərbaycanlı alimlərin Bakı Forumu”nda çıxış edib

Cəmiyyət Materials 14 Oktyabr 2019 12:20 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov “Türkiyədə təhsil alan azərbaycanlı alimlərin Bakı Forumu”nda çıxış edib.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin ürək-damar cərrahı “Türkiyədə təhsil alan azərbaycanlı alimlərin Bakı Forumu”nda çıxış edib

Trend-i buradan izləyin

Bakı. Trend:

11 oktyabr 2019-cu il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşkilatçılığı və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türkiyədə təhsil alan azərbaycanlı alimlərin Bakı Forumu” keçirilib.

Forum zamanı açılış nitqi ilə çıxış edən TUMİB sədri Çingiz Bayramov tədbirin əhəmiyyətindən danışıb və bildirib ki, forumun məqsədi ölkəmizin müstəqilliyinin bərpasından sonra Türkiyə universitetlərindən məzun olmuş Azərbaycan vətəndaşlarını bir araya gətirməkdir.

UNEC-in prorektoru Mikayıl Zeynalov forumun işinə uğurlar arzulayıb və qeyd edib ki, Türkiyə universitetlərində təhsil almış azərbaycanlı alimlərin respublikamızın inkişafında, sosial-iqtisadi həyatında, eləcə də təhsil və elm sahəsində fəaliyyəti, onların iki ölkə arasında əlaqələrə təsir imkanları, bu istiqamətlərdə gələcək hədəflər hər zaman əsas müzakirə mövzularından biridir.

Daha sonra Milli Məclisin deputatı, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov geniş təqdimatla çıxış edərək Türkiyədə təhsil almış həmvətənlərimizin elmi tədqiqat işlərindəki rolunun vacibliyindən, əldə etdikləri bilik və bacarıqların ölkəmizdə tətbiqinin əhəmiyyətindən bəhs edib. Eyni zamanda dünyada və ölkəmizdə ürək-damar cərrahiyyəsi ilə bağlı mövcud olan elmi yeniliklərdən danışıb və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin daim vacib olduğunu vurğulayıb. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin fəaliyyəti barədə də geniş məlumat verən Rəşad Mahmudov çıxışının sonunda gənc alimlərin suallarını cavablandırıb və forumun işinə uğurlar arzu edib.

Forum panel müzakirələri ilə öz işini davam etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti