Bakı. Trend:
“Azərsu” ASC-nin 955 Qaynar xətt xidmətinin proqram təminatının yenilənməsi ilə əlaqədar 26 oktyabr 2019-cu il tarixində gecə saatlarında mərkəzə daxil olan zənglər müvəqqəti məhdudlaşdırılacaq.
Bu barədə Trend-ə “Azərsu” ASC-dən məlumat verilib.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.