UNEC-dən dünyaya: İtaliyada təhsil almaq imkanı qazanan 4 tələbədən biri oldum (FOTO)

UNEC-dən dünyaya: İtaliyada təhsil almaq imkanı qazanan 4 tələbədən biri oldum (FOTO)

Bakı. Trend:

“UNEC-dən dünyaya” layihəsi mübadilə proqramı ilə xaricdə təhsil alan tələbələrini tanıtmaqda davam edir.

Layihənin budəfəki müsahibi UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) “Dünya iqtisadiyyatı” ixtisası üzrə tələbəsi Mehin Əmiraslanovadır. O, Erasmus+ beynəlxalq mübadilə proqramı çərçivəsində bir semestr İtaliyanın Sapienza Universitetində təhsil alıb. Mehin Sapienza Universitetindəki təəssüratlarını UNEC News-la bölüşüb.

“Azərbaycandan Sapienza Universitetində təhsil almaq imkanı qazanan 4 tələbədən biri oldum”

-UNEC tələbəsi olmağım mənə bir çox üstünlüklər qazandırdı və böyük imkanlar yaratdı. Mən Azərbaycandan İtaliyanın Sapienza Universitetində Erasmus+ mübadilə proqramı çərçivəsində təhsil almaq imkanı qazanan 4 tələbədən biri oldum. “Niyə məhz Sapienza?”. Mən belə cavab verəcəm ki, “Şans idi və mən ondan istifadə etdim”. Düzünü deyəcəm, ərizənin verilməsindən tutmuş, vizanın alınmasına kimi uzun və yorucu prosedurlar bizim üçün ən yaxşı sınaq idi. Seçimlər çox sərt, rəqiblər güclü və cəmi 4 yer! Proqramda iştirak etmək istəyənlər üçün İELTS, TOEFL sertifikatlarının olması elə də vacib deyildi. Uyğun namizəd olmaq üçün əsas göstərici gələcək planlar, hədəfləri düzgün müəyyən etmək və dəqiq mövqeyə sahib olmaq idi. Öz hədəflərində kifayət qədər “böyük” olmaq, beynəlxalq yarışlarda könüllü çalışmaq, praktika keçmək çox önəmli idi. Sevinirəm ki, mən bunu bacardım.

Fərqli və effektiv təhsil sistemi

-Sapienza Universitetindəki təhsil UNEC-dəki təhsildən fərqlidir. Hər bir tələbənin hədəfi, arzusu bu və ya digər sferada yüksək nailiyyətlərə malik olan universitetlərə daxil olmaq və yüksək nəticələr qazanmaqdır. Sapienza Universitetində tələbələrə öz qrafikini tərtib etməyə, şəxsi maraq dairəsi ilə məşğul olmağa imkan verilir. Dərslərdə qaib limiti olmasa da bəzi müəllimlər davamiyyətə önəm verirlər. Tələbələr dərsləri, müəllimləri özləri müəyyən edirlər və tədrisin bu formada təşkilinin daha effektiv olduğunu düşünürlər. İmtahanlar Sapienzada şifahi, yazılı və ya test formasında aparılır, imtahanların hansı üsulda keçirilməsinə isə müəllimlər qərar verir. Hətta bəzən müəllimlər tələbələri imtahan etmirlər, gündəlik dərsə hazırlığı əsasında yekun biliklərini qiymətlərdirirlər. Sapienza Universitetində imtahana giriş balı deyə bir şey yoxdur, sadəcə imtahan qiyməti var. Bizdə isə imtahan balına davamiyyət, sərbəst iş, seminar, kollokvium balları da daxildir, bu isə çox yorucudur.

Sapienzada daha çox xoşuma gələn o idi ki, hər hansı fənnən aldığın qiymət səni qane etmirsə, həmin fənnin qiymətini yüksəltmək üçün sənə 5 dəfə şans verilir və ödənişsizdir. Mən özüm də bu hüquqdan istifadə etdim.

UNEC-in müəllimləri daha savadlı və təcrübəlidirlər

-Düşünürdüm ki, Sapienza Universitetində dərs deyən müəllimlər fərqli tədris metodları ilə daha təcrübəli olacaqlar. Etiraf edim ki, düşündüyüm kimi olmadı. UNEC-də bizə dərs deyən müəllimlər daha savadlı və təcrübəlidirlər. Sapienza Universitetində müəllimlər spesifik olaraq yalnız tədris etdikləri fənn üzrə nəzəri biliklər verirlər. UNEC-də isə müəllimlər həm nəzəri, həm də praktiki biliklər üzərindən bizə dərsləri tədris edirlər. Bu isə ixtisasımıza daha yaxşı yiyələnmək baxımından çox önəmlidir. Orada öz müəllimlərimiz üçün çox darıxırdım...

Yaxşı iqtisadçı olmaq üçün...

-“Dünya iqtisadiyyatı” ixtisası üzrə təhsil alıram. İxtisasım çoxprofillidir, gələcəkdə maliyyə, iqtisadiyyat, marketinq və ya biznes sferasında çalışmaq imkanı verir. Sapienza Universitetində oxuyaraq anladım ki, yaxşı iqtisadçı olmaq üçün iqtisadi nəzəriyyələrdə güclü bilik və bacarığa malik olmaq çox əhəmiyyətlidir. Gələcək planım iqtisadçı kimi təhsilimi davam etməkdir. Amma uyğun iş tapmaq üçün ən azı 5-6 il öz üzərimdə işləmək lazım olduğunu düşünürəm.

Sapienza Universitetində magistr təhsili alan UNEC məzunları çoxdur

-İtaliyada əcnəbi tələbələrlə bağlı ayrıseçkilik olmasa da, yerli tələbələrlə din, adət-ənənə, həmçinin dil fərqi olduğuna görə birlikdə zaman keçirmək praktiki olaraq mümkün deyil. Sapienza Universitetində UNEC-in SABAN qruplarının məzunlarından magistr təhsili alanlar çoxdur. Onlarla çox isti münasibətlərimiz yaranmışdı, milli bayramlarda görüşüb, qeyd edirdik. Başqa millətlərin nümayəndələri də bizimlə ünsiyyət yaradırdılar ki, bizim mədəniyyəti, adət-ənənələri tanıyıb, öyrənsinlər. Bu, onlar üçün çox maraqlı idi.

İlk gündən rektorla görüşdə bizə bildirildi ki, italyan dilini bilməsəniz burda sizin üçün çətin ola bilər. Roma küçələrinin turistlərlə dolu olmasına baxmayaraq, yerli əhalidən ingilis dilində nə isə soruşmaq işə yaramırdı. Bəzən rus dili daha çox köməyimə gəlirdi. Bu səbəbdən italyan dili kurslarına yazıldım.

Mübadilə proqramı mənə İtaliyanı kəşf etmək imkanı da yaratdı

Boş vaxtlarımda Siciliya adasını, Boloniya, San Marino, Afina, Pazitano və İtaliyanın demək olar ki, bir çox şəhərlərini, tarixi yerlərini gəzirdim. Daha çox isə San Marinonu bəyəndim. Mübadilə proqramı mənə İtaliyanı kəşf etmək imkanı da yaratdı.

Tələbələrə tövsiyəm...

Tövsiyə edərdim ki, mübadilə proqramında iştirak edəcəkləri universitet haqqında öncədən maraqlansınlar. Xarici universitetin kreditlərinin sayının və imtahan ballarının buradakı universitetlə uyğunluğunu dəqiqləşdirsinlər. Ərizəni verənə qədər bütün prosedurları dəqiq öyrənsinlər.

Rusiyalı mütəxəssislər Mərkəzi Gömrük Hospitalının fəaliyyəti barədə xoş fikirlər səsləndiriblər (FOTO)
Rusiyalı mütəxəssislər Mərkəzi Gömrük Hospitalının fəaliyyəti barədə xoş fikirlər səsləndiriblər (FOTO)
Baş Prokurorluq əsgər ölümü ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
Baş Prokurorluq əsgər ölümü ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
Şirvan şəhərində 68 mənzilli yaşayış binası şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verildi (FOTO)
Şirvan şəhərində 68 mənzilli yaşayış binası şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verildi (FOTO)
Loading Bars
Xəbər lenti
Rabitəbankdan Elektron ticarət tariflərinə endirim
Kliniki Tibbi Mərkəzin daha bir həkimi koronavirusa yoluxdu
Çempionlar Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb
Maştağadakı tarixi hamamın təmizlənməsi işlərinə başlanılıb (FOTO)
Bu gün BMT Baş Assambleyasının xüsusi sessiyası keçiriləcək
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Niyə əmanətlərinizi bankdan götürməməlisiniz? Yelo Bankın sədri izah edir
Rusiyalı mütəxəssislər Mərkəzi Gömrük Hospitalının fəaliyyəti barədə xoş fikirlər səsləndiriblər (FOTO)
Baş Prokurorluq əsgər ölümü ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
Azər Türk Bankdan fərdi sahibkarlar üçün sərfəli kredit kartı
Şirvan şəhərində 68 mənzilli yaşayış binası şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verildi (FOTO)
164 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirildi, 93 müəssisədə qayda pozuntusu aşkarlandı (FOTO)
Rezidenturaya qəbul olmaq istəyənlər üçün yenidən sənəd qəbulu başladı
PAŞA Bank uşaqları antiseptik vasitələrlə təmin etmək məqsədi ilə keçirilən sosial layihəyə dəstək verdi
Dövlət 1,5 milyard manat kredit portfelinə subsidiya və zəmanət verəcək - Vüsal Qasımlı
Azərbaycanda pandemiya dövründə bu sahələrdə maaş daha yüksək olub
Türkiyədə ictimai məkanlarda koronavirusa görə nəzarət tədbirləri gücləndirilib
Sabah Bakıda yağış, külək gözlənilir
Rusiyada koronavirusdan ölənlərin sayı 11 mini keçdi
Pambıq əkinlərində suvarma problemləri və həlli yolları müzakirə olunub (FOTO)
Azərbaycan nefti ucuzlaşır
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində nöqsanlar aşkarlanıb, 109,2 min manat dövlət büdcəsinə bərpa edilib
Böyük Şor gölünün çirkli maddələrdən təmizlənməsi davam etdirilir (FOTO)
İnsanların restoranlara, iş yerlərinə QR kod vasitəsilə buraxılması təklif olunur - “E-Təbib”
Çində daşqınlar 30 milyondan çox insana ziyan vurub
Azərbaycan koronavirusla mübarizə aparır, amma radikalların müalicəsi yoxdur - "Politşou" təqdim edir (Videolayihə)
"AHK Azərbaycan"ın ilk onlayn AHK impuls tədbiri turizm sahəsinə həsr olunub
Nərimanov rayon prokuroruna yeni müavin təyin olundu
BMT: COVİD-19-un qida məhsullarından qaynaqlanması barədə elmi məlumat aşkarlanmasa da, gigiyena qaydalarına diqqət etməliyik
İlahiyyat İnstitutunda yay imtahan sessiyası sona çatıb (FOTO)
AZAL sərnişinlərə müraciət edib
Baş Prokurorluq korrupsiya hüquqpozmalarına qarşı mübarizədə beynəlxalq əməkdaşlığı davam etdirir
Bəzi ölkələr karantin rejimini uzatmaqda davam edir
Bakının Suraxanı rayonuna yeni prokuror müavini təyin olundu
AQTA Ağstafada bəzi müəssisələrlə bağlı pozuntu halları aşkarlayıb (FOTO)
16 şəhər və rayon üzrə 190 manatın verilməsi başa çatıb
Zaqatalada oğurluq edib, sonra evi yandıran şəxslər saxlanılıb (FOTO)
Xüsusi karantin zonalarından Daşkəsən rayonuna gələn şəxslər cərimələnib (FOTO)
Mərkəzi Netçilər Xəstəxanasının direktoru: Koronavirusa yoluxan həkim Elnur Abdullanın müalicəsi ilə bağlı məsələlər dövlətin nəzarətindədir
Murat Lekompte: Qlobal iqtisadi və sosial böhranlar TANAP-ın kommersiya fəaliyyətində hər hansı bir ləngiməyə səbəb olmayıb (MÜSAHİBƏ)
Azərbaycan-Meksika parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub (FOTO)
Testiniz neqativ çıxarsa, qan analizi verin - Həkimdən tövsiyə
Pərvin Kərimzadə: Bu günkü reallıqlar işğalçı Ermənistanın faşist niyyətini təsdiq edir
Bu ilin I yarısında Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 3853 müraciətə baxılıb
Ermənistanda son sutkada 557 nəfər koronavirusa yoluxub
Yelo Bank yeni baş ofisin sığortalanması üzrə tender elan edir
"KATV1" internetlə bağlı yaranan problemə aydınlıq gətirib
Yaponiyada kompüter koronavirusa qarşı potensial dərmanlar aşkar edib
595 nəqliyyat vasitəsinin icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb
Könül Nurullayeva: BMT rəhbərliyi Azərbaycanın təşəbbüsünü “COVİD-19”la mübarizədə vahid yanaşmanın tətbiqinə töhfə kimi dəyərləndirir
Mərkəzi Gömrük Hospitalı COVİD-19 xəstələri üçün həkim vakansiyaları elan edib
Avtomobil bazarında ən çox satılan avtomobillərə indi maraq yoxdur - Ekspert
COVİD-19 virusuna yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatı açıqlandı
Tramp ilk dəfə ictimai məkanda maska taxacaq
Sumqayıtda qadın bacısının əri tərəfindən bıçaqlandı
Bakıda qadını qarət edən şəxs yaxalandı
Bakıda yük maşınının altında qalıb ölən şəxsin kimliyi müəyyənləşdi
Azərbaycanda ən çox iş yerini dəyişən müəllimlər Bu ŞƏHƏR üzrə olub
Atəşkəs 69 dəfə pozulub
İtaliya ordusunda korrupsiya əməliyyatı - 30-dan çox şəxs saxlanılıb
Şirvan sakini qonşusunu küçədə qətlə yetirdi
Bakıda karantin postları yenidən qurulub
Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır
Deputat: Azərbaycan pandemiyanın iqtisadi təsirlərini minimumlaşdıra bilən ölkələrdəndir
Sinqapurda ümumi parlament seçkiləri başlayıb
Sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda qəbul imtahanları keçirilir
Boliviyanın müvəqqəti prezidenti koronavirusa yoluxub
Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu keçib
Meksikada sutkada rekord sayda koronavirusa yoluxma faktı qeydə alınıb
Tehranın qərbində partlayış səsləri eşidilib
Moskvada koronavirusdan daha 28 nəfər ölüb
Türkiyə sahillərində 30-a yaxın miqrant xilas edildi
ABŞ Çinin dörd vətəndaşına və bir təşkilatına sanksiya tətbiq edib
Salyanda yanğın baş verib
Xalq artisti Canəli Ələkbərovun oğlu vəfat edib
Zərdabda Kürdə batan 3 nəfərdən birinin meyiti tapılıb (ƏLAVƏ OLUNUB)
AZAL Kiyevdən çarter reysi yerinə yetirib (FOTO)
Dünya ölkələri COVID-19-la mübarizədə yeganə çıxış yolunu məhdudiyyətlərin yenidən sərtləşdirilməsində görürlər
Rusiya pandemiya ilə mübarizədə kömək etmək üçün Azərbaycana mütəxəssislər göndərməyi planlaşdırır
Futbol üzrə avrokubokların 1/8 final mərhələsinin oyunları tamaşaçısız keçiriləcək
Pandemiyadan zərər çəkən sahibkarların kreditlərinə dövlət dəstəyi müəyyənləşdirilib
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Milli Mətbuatımızın dünəni mediamızın bu günü və gələcəyi üçün örnəkdir
Türkiyədə koronavirusdan sağalanların sayı 190 min nəfəri ötüb
6050 obyektdə sanitar-epidemioloji tələblər pozulub - Nazirlik
“Sabahın Sahibkarları”na Ziraat Bank dəstəyi davam edir (FOTO)
"Tesla" şirkəti tam avtomatlaşdırılmış avtomobil istehsal edəcək
Qazaxda tank əleyhinə raket tapılıb (FOTO)
Qoşulmama Hərəkatının COVİD-19 pandemiyasına qarşı mübarizə üzrə İşçi Qrupunun ilk onlayn görüşü keçirilib
Büdcədən maliyyələşən istehlakçıların elektrik və qaz təchizatı şəbəkələrində 431 sayda araşdırma aparılıb
Böyük Şor gölünün 50 faizi çirkabdan təmizlənib (VİDEO)
Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxdu, 491 nəfər sağaldı, 10 nəfər öldü
İranda koronavirusla bağlı rekord qeydə alındı: Daha 221 nəfər öldü
Sabunçuda 4 otaqlı ev yanıb
Rusiya XİN: Biz əminik ki, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası konstruktiv yöndə keçəcək
Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlanıb
Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb
BMT rəhbərliyi Azərbaycana müstəsna qabiliyyətli ölkə kimi baxır - Aydın Quliyev
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Böyük Şor gölünün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsinə başlanılıb
Bütün xəbərlər