...

Gələn ildən uşaq bağçalarına qəbul elektron qaydada aparılacaq

Cəmiyyət Materials 29 Noyabr 2019 10:22 (UTC +04:00)
Gələn ilin yanvar ayından etibarən paytaxtın uşaq bağçalarına qəbul elektron qaydada həyata keçiriləcək.
Gələn ildən uşaq bağçalarına qəbul elektron qaydada aparılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Gələn ilin yanvar ayından etibarən paytaxtın uşaq bağçalarına qəbul elektron qaydada həyata keçiriləcək.

Trend-in məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətində keçirilən geniş tərkibli seminar-müşavirədə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib.

O, bildirib ki, bağçalara elektron qəbula keçidlə bağlı hazırlıq işləri başa çatmaq üzrədir və gələn ilin əvvəlindən pilot layihə olaraq Nizami rayonunda bağçalara elektron qaydada qəbula başlanılacaq, sonradan isə mərhələli şəkildə digər rayonlar da yaradılan elektron sistemə qoşulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti